Ekspert: "Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlığın inkişafı çox vacibdir"
İŞİD və digər terror qruplaşmalarının fəaliyyəti nəticəsində ABŞ-ın milli təhlükəsizliyinin və prioritetlərinin daim təhlükədə olduğu bir vaxtda Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlıq fundamental vacib aspektdir. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
1 İyun 2017 15:08 SiyasətİŞİD və digər terror qruplaşmalarının fəaliyyəti nəticəsində ABŞ-ın milli təhlükəsizliyinin və prioritetlərinin daim təhlükədə olduğu bir vaxtda Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlıq fundamental vacib aspektdir. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
Onun sözlərinə görə, Donald Tramp tərəfindən təqdim edilən xarici xərclər büdcəsi əhəmiyyətli dərəcədə ixtisar olunsa da, ABŞ-ın Xəzər regionunda, xüsusuilə də Azərbaycan kimi yaxın tərəfdaşlarla münasibətləri yaxın illərdə möhkəmlənməyə davam edəcək. Ekspert qeyd edib ki, Vaşinqtonla Bakının səmərəli əməkdaşlığı bütün regionun həyatında müsbət əks olunacaq. Trend.az