Varis Quliyevin monoqrafiyası çap olundu
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov və Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyevin müəllifi olduqları “Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genefondu və bioloji xüsusiyyətləri” monoqrafiyası işıq üzü görüb.
1 İyun 2017 15:44 SosialAMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov və Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyevin müəllifi olduqları "Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genefondu və bioloji xüsusiyyətləri" monoqrafiyası işıq üzü görüb.
Bölmədən "Olaylar" - a bildirlib ki, nəşrdə Naxçıvan Muxtar Respublikasında mövcud olan armud sort və formalarının təsərrüfat-bioloji, pomoloji xüsusiyyətləri, artırılma üsulları, torpağın əkin üçün hazırlanması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kimyəvi tərkibi, iqtisadi səmərəliliyi və digər məsələlər öz əksini tapıb.
Monoqrafiya Azərbaycanda meyvəçilik sahəsində tədqiqat aparan alimlər, mütəxəssislər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, magistrlər, həmçinin fermerlər üçün nəzərdə tutulub.