Gündəm
Sosial şəbəkələrdə dərmanlarla bağlı monitorinq keçirilsin
Qadağan olunan dərman vasitələrinin sosial şəbəkələrdə reklamının aparılması ilə bağlı monitorinqin keçirilməsi təklif edilib. Bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.
KİV rəhbərlərinin Naxçıvana səfəri davam edir
Artıq iki gündür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərləri Naxçıvan Muxtar Respublikasında səfərdədirlər. Kütləvi informasiya vasitələri rəhbərlərinin Muxtar Respublikaya səfərinin ikinci günü də bir sıra maraqlı görüşlərin keçirilməsi ilə yadda qalıb.
Prezident Administrasiyasının strukturunda dəyişiklik edilib - TAM SİYAHI
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.
Fatma Abdullazadə vəzifəsindən azad olunub
Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub. Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi boşdur.
Muğam Mərkəzində Almas Yıldırımın yaradıcılıgına həsr olunmuş tədbir
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd edilib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışıb. Bildirib ki, Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi anılan Almas Yıldırım özünəməхsus poetik tərzi ilə hər zaman diqqəti çəkib. Altı il sürgün həyatı yaşayan Almas Yıldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb-yaradıb.
Azərbaycanın I vitse-prezidentinin Katibliyinin rəisi təyin olunub
Altay Həsənov Azərbaycanın I vitse-prezidentinin Katibliyinin rəisi təyin olunub. A. Həsənov 2002-ci ildən etibarən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.
Prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsindən azad olunub
Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub. Onun səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub. F. Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.
Azərbaycan prezidentinin yeni köməkçiləri təyin olunub
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Dövlət başçısının yeni köməkçiləri təyin olunub. Dilarə Seyidzadə prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib. Prezidentin hərbi məsələlər üzrə köməkçisi indiyədək Vahid Əliyev idi.
Özbəkistan nümayəndə heyəti Tərcümə Mərkəzində
Özbəkistan Xalq şairi Camal Kamal, tanınmış şairlər Şöhrət Salamov və Akif Azalp, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professorları Gülbahar Aşurova, Roza Niyazmetova və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan–Türkmənistan–Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvidən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Azərbaycanda söz və mətbuat azadlığını təmin edən qanunvericilik bazası yaradılıb
Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə senzura ləğv edilmişdir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.
Konstitusiya Məhkəməsi kreditlərin xarici valyutada verilməsi qərarına aydınlıq gətirdi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının qanunvericiliyində yaranan müxtəlif hüquqi məsələlərin konstitusiya prinsipləri əsasında həll edilməsinə yönələn məhkəmə aktlarıdır. Bu günlərdə belə bir fərdi fikir səslənib ki, Konstitusiya Məhkəməsi tərəfindən kreditlərin xarici valyutada verilməsi ilə bağlı qəbul edilmiş qərarda borcluların mənafeləri tam şəkildə nəzərə alınmayıb.
"Qarabağın ermənilərə məxsus olduğunu deməmişəm" - Nazirdən təkzib
Bu günlərdə "Ermənistan xəbərləri" portalı xəbər yaymışdı ki, Kiprin Xarici İşlər Nazirliyinin rəhbəri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı Qarabağı ermənilərin tarixi torpağı adlandırıb.
"Mənim adım Azər"- Yeni milli film gəlir!
Son zamanlar gənclərin milli ruhda tərbiyələndirilməsi, milli təbliğatın mədəni yolla inkişaf etdirilməsi sahəsində dövlətimizə əvəzsiz xidmət edən, bu müqəddəs işlə tamamən təmənnasız məşğul olaraq milli-vətənpərvər mövzuda üç film (“BOZQURDUN İNTİQAMI”, DİRİLİŞ ERGENEKON”, “VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”) çəkmiş gənc istedadlı Yazar və Rejissor Elşən İsmayılın özü qədər gənc istedadlı komandasının qonağı olduq.
Cahangir Hacıyev və digərlərinin şikayətləri təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, apellyasiya şikayətləri təmin edilməyib.
Azərbaycanda antibiotiklərin təyin edilməsinin nəzarət altına alınması təklif olunur
Azərbaycanda xəstələrə antibiotiklərin təyin edilməsinin nəzarət altına alınması təklif olunur. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov təklif edib.











.jpg)

