"Qarabağın ermənilərə məxsus olduğunu deməmişəm" - Nazirdən təkzib

Bu günlərdə "Ermənistan xəbərləri" portalı xəbər yaymışdı ki, Kiprin Xarici İşlər Nazirliyinin rəhbəri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı Qarabağı ermənilərin tarixi torpağı adlandırıb.

Məşhur kiprli politoloq Petros Kareklasa müraciət ünvanlayaraq, Kipr hökumətinin mövqeyini şərh etməyi xahiş edib. Öz növbəsində Kareklas müraciəti Kipr XİN-ə yollayıb və cavab alıb. "Kipr XİN başçısı qəti surətdə bildirir ki, nə Ermənistanın müdafiə naziri ilə görüşdə, nə də başqa bir yerdə belə bir bəyanat verməyib", - Kareklas məlumat verib. Virtualaz.org 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31