Gündəm

BDU-da beynəlxalq elmi-praktiki konfrans

1 İyun 2017 17:27

Bakı Dövlət Universitetində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Konfransın plenar iclasını giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb.

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

1 İyun 2017 17:26

Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib. Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.  

Böhran Qrupu: Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir

1 İyun 2017 17:23

“2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir”.

GİN esse müsabiqəsinin qaliblərini mükafatlandırıb

1 İyun 2017 17:21

Gənclər və İdman Nazirliyinin konfrans zalında “Mən Belarus haqqında nə bilirəm?” esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, mərasimdə nazir müavini İntiqam Babayev, Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müşaviri Dmitriy Qorbaçov və 3-cü katibi İqor Poluyçik iştirak etmişdir.

Veysəloğlu Şirkətlər Qrupu sağlamlıq imkanları məhdud uşaqları ziyarət edib

1 İyun 2017 17:20

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupu Nəsimi rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbdə bayram şənliyi təşkil edib.

Bakı Dəmir Yolu Vağzalında xeyriyyə tədbiri keçirilib

1 İyun 2017 17:19

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Dəmir Yolu Vağzalında xeyriyyə tədbiri baş tutub. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, tədbir valideyn himayəsindən məhrum olmuş, daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara həsr olunub. Eyni zamanda tədbirdə “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Qadın və uşaq” sığınacağının sakinləri də iştirak edib. Tədbirin əsas məqsədi gələcəyimiz olan uşaqlara diqqət və qayğının göstərilməsidir.

Bakı Ali Neft Məktəbinin əməkdaşı Portuqaliya İnstitutunda ilin ən yaxşı tələbəsi seçilib  

1 İyun 2017 17:18

Bakı Ali Neft Məktəbinin böyük laborantı Rima Quliyeva Braqansa Politexnik İnstitutunun (Portuqaliya) «Kimya mühəndisliyi» bölümü üzrə ilin ən yaxşı tələbəsi seçilərək institutun medalçıları siyahısına salınıb.

NATO nümayəndəsi Azərbaycan Sülhməramlıları ilə görüşüb

1 İyun 2017 17:17

Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.

Avropa Azərbaycanlıları Konqresinin yeni rəhbərliyinin ilk toplantısı keçirilib

1 İyun 2017 17:16

Avropa Azərbaycanlıları Konqresinin (AAK) yeni rəhbərliyinin Avropa Birliyinin paytaxtı Brüsseldə toplantısı keçirilib.

Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub, Vahid Axundov və Kamal Abdulla yeni təyinat almayıb

1 İyun 2017 17:07

Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub.  İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələri ləğv edilib. İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb.

İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı göndərdi

1 İyun 2017 17:06

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Əşrəf Qaniyə başsağlığı göndərib.

Yol Polisindən sürücülərə MÜRACİƏT - "DİQQƏTLİ OLUN"

1 İyun 2017 17:02

"Hazırda paytaxtda davam edən güclü külək səbəbindən Bakı şəhəri üzrə yol hərəkəti ilə bağlı hələ ki hər hansı bir hadisə qeydə alınmayıb". Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

"Xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur" - İRAD

1 İyun 2017 16:48

"Azərbaycana xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur". Bunu Azərbaycanın baş endokrinoloqu, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov komitənin bu gün keçirilən iclasında deyib.

Səudiyyə Ərəbistanında lal və karın boynunu vuracaqlar

1 İyun 2017 16:47

Səudiyyə Ərəbistanında 23 yaşlı lal-kar gənc edam olunacaq. Munir Adəm 2012-ci ildə ölkənin şərq şissəsində yaşayan şiələrin etiraz aksiyalarına qatılmaqda suçlanıb. 23 yaşlı Munir uşaqlıq illərində düşdüyü qəzadan sonra lal və kar idi. 

Bakıda bu avtomobillər cərimə meydançasına aparılacaq

1 İyun 2017 16:45

Bakı şəhər sakinlərindən xahiş olunur ki, Azərbaycan Qran-prisi ilə əlaqədar hazırlıq işlərinin gedişatına maneçilik törətməmək üçün avtomobillərini 1-25 iyun tarixləri ərzində saat 22:00-dan 06:00-dək trekin keçdiyi bütün küçələrdə, xüsusən də Xəqani, İstiqlaliyyət və Əziz Əliyev küçələrində və həmçinin Qoşa Qala Qapılarının qarşısındakı hissədə saxlamasınlar, əvəzində alternativ parklanma yerlərindən istifadə etsinlər.