Gündəm
Makrona etimad nə qədərdir?
Fransalıların yarıdan çoxu yeni prezident Emmanuel Makrona etimad göstərir. Ölkə ərazisində aparılan rəy sorğusu nəticəsində məlum olub. Sorğuya əsasən, rəyi soruşulanların 57 faizi 3 həftə əvvəl seçilmiş prezidentə etimad göstərir, 38 faiz respondent isə ona etibar etmədiyini deyib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün şənlikdə iştirak edib
Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Bakıdakı 1 saylı uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində keçirilən şənlik həm də bu uşaq evinin sakinlərinin yay düşərgəsinə köçməsi və mövsümün açılışı ilə əlamətdar oldu.
İDRAK liseyi daha bir ilkə imza atdı
Sumqayıt İdrak Liseyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Bilik” sərgisi keçirilib. Tədbir iştirakçıları məktəblilərin dərs ili ərzində müxtəlif fənlərdən aldıqları biliklər əsasında hazırladıqları təqdimatlarla tanış olublar. Şagirdlər vulkan püskürməsi, buludun yaranması kimi təbiət hadisələrini əyani şəkildə nümayiş etdirməklə yanaşı, süddə zülalların təyini, qida piramidası, köpüklü reaksiya, ağciyərlərin işləmə mexanizmi, üçbucağın ağırlıq mərkəzi, qızıl kəsim, ədədlərin sirri və s. haqqında biliklərini praktiki şəkildə nümayiş etdiriblər.
Prezidentin köməkçisi Administrasiyadakı son struktur dəyişikliyini şərh etdi
Ölkə prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Həmçinin dövlət başçısı özünə yeni köməkçilər təyin edib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Musavat.com-un əməkdaşının suallarını cavablandırıb və imzalanan sərəncamı şərh edib.
Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq
"Türkiyədən pomidor alışı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq". Bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.
İlham Əliyev İtaliya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.
Naxçıvana yollanan baş redaktorlar Şərurda
Naxçıvana yollanan ölkənin aparıcı media orqanlarının baş redaktorlarından ibarət 20 nəfərlik nümayəndə heyyəti səfərin ikinci günüdə Şərur rayonuna da olublar. Movqe.az-ın xəbərinə görə, Şərur rayon 2 saylı tam orta məktəbə baş çəkən qonaqları məktəbin direktoru Sevil Hacıyeva qarşılayıb.
Prezident İlham Əliyev Şərur rayonuna yeni icra başçısı təyin etdi
Azərbaycan Prezidenti Kamal Camal oğlu Cəfərovun Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Afaq Məsud "Şöhrət" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Afaq Məsudun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) "Şöhrət" ordeni ilə təltif edilsin.
Məhkəmənin qərarı "Atletiko"nu sevindirmədi
"Atletiko Madrid" yay fasiləsində transfer edəcəyi futbolçuları qeydiyyatdan keçirə bilməyəcək. İdman Arbitraj Məhkəməsi (CAS) FİFa tərəfindən Madrid klubuna tətbiq olunan transfer sanksiyasını qüvvədə saxlayıb. Beləliklə, baş məşqçi Diyeqo Simeone 2017/18 mövsümünün ilk dövrəsində yeni futbolçuların xidmətindən yararlana bilməyəcək.
"Milliyə qayıtmaq üçün qol vurmaq kifayət etmir"
İtaliya millisinin baş məşqçisi Campyero Ventura "Nice" klubunun hücumçusu Mario Balotelliyə yenidən dəvət göndərə biləcəyini istisna etməyib. Təcrübəli mütəxəsis bunları deyib: "Balotellinin pis təsir bağışlamırdı. Heç kim onun səviyyəsini şübhə altına almır. Amma milliyə qayıtmaq üçün qol vurmaq kifayət etmir. Dünya çempionatına hələ 1 il var. Millinin qapıları hər kəs üçün açıqdır. Mario mövsümün gedişində xoş təəssürat oyatdı. Bu barədə hələ danışacağıq".
"Yuventus"u finalda qələbə üçün mükafatı: 9 milyon avro
"Yuventus"un prezidenti Andrea Anyelli komandanın Çempionlar Liqasında qalib olmasına görə 9 milyon avro mükafat fondu ayırmağa hazırdır. Turin klubunun 26 futbolçusunun hər biri "Real" üzərində qazanılacaq qələbəyə görə şəxsi büdcəsini 350 min avro zənginləşdirə biləcək.
"Trampın məktubları ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətini göstərir"
"ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və "XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir, Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur və bu əməkdaşlığı davam etdirmək niyyətindədir".
Heydər Əliyev Fondu bir daha uşaqları sevindirdi
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Beynəlxalq Uşaq Günü Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə ilə qeyd olunub...
Gənc tamaşaçılar Teatrı teatr-məktəb əlaqələrinin möhkəmlənməsi istiqamətində fəal işlər görərək, daha bir layihəyə imza atıb. Belə ki, 1 İyun – Beynəlxalq Uşaq Günü münasibətilə teatrda yeni tamaşa hazırlanıb. Hazırlanan tamaşanın özəlliyi ondan ibarət olub ki, səhnədə teatrın gənc və peşəkar aktyorları yanaşı, məktəb şagirdləri də öz məharətlərini göstərmək imkanı əldə ediblər. Gənc Tamaşaçılar Teatrı və 6 saylı məktəb-litseyin İB proqramı üzrə təhsil alan şagirdlərinin ifasında nümayiş olunan yeni tamaşa Azərbaycan Xalq nağılı “Məlikməmməd” əsasında hazırlanıb.













