Gündəm

Musiqili fidanlar

1 İyun 2017 21:09

 İyunun 1 – də  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Musiqili fidanlar”adlı tədbir-konsert keçirilib. Muzeydən “Olaylar” – a bildirlib ki, tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açıb. Sonra R.Babayev adına 25 №-li 11 illik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Bəturə Məmmədova çıxış edib.  Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolardan və muzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunub.

Bürclər haqqında doğru bildiyiniz yalanlar

1 İyun 2017 20:02

Hər bir Zodiak işarəsinin öz fərqli xüsusiyyətləri, stereotipləri və nüansları var. Bu gün oxucuları bürclər ətrafında dolaşan stereotiplər və əsl həqiqətlərlə tanış edirik.

2022-ci ilə kibercinayətlərdən dəyən zərərin həcmi 8 trilyon dollara yaxınlaşacaq

1 İyun 2017 19:58

Britaniyanın “Juniper Research” analitik agentliyinin hesabatına görə  növbəti  beş ildə şirkət və təşkilatların məlumat itkisindən ümumi zərəri 8 trilyon dollara yaxınlaşacaq.

Raketlərin kosmosa buraxılması üçün təyyarə nümayiş etdirilib

1 İyun 2017 19:53

ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen raketlərin kosmosa buraxılması üçün nəzərdə tutulan dünyanın ən böyük təyyarəsini düzəldib. Onun yanacaq sərfini xeyli azaltmağa kömək edəcəyi bildirilir.  

Musiqi əsərləri yazan neyroşəbəkə yaradılıb

1 İyun 2017 19:48

“Yandex” axtarış sisteminin proqramçıları məşhur bəstəkarlar üslubunda musiqi əsərləri yazan unikal neyroşəbəkə icad ediblər. Yeni neyroşəbəkə musiqi əsərlərini analiz edərək tanış kompozisiyalara bənzəməyən kompozisiyalar yazır.

Sürücüsüz avtomobillər üçün yeni texnologiya yaradılıb

1 İyun 2017 19:43

ABŞ tədqiqatçıları sürücüsüz avtomobillərin daha təhlükəsiz hərəkətinin təmin edilməsinə imkan verən unikal sistem ərsəyə gətiriblər. Hazırda innovativ texnologiyalı ilk avtomobillərin ilkin sınaqları keçirilir.

“5G” dünya iqtisadiyyatına trilyonlarla dollar qazanc gətirəcək

1 İyun 2017 19:38

“5G” texnologiyası 2035-ci ilədək dünya iqtisadiyyatına 12,3 trilyon dollar xeyir gətirəcək. Bu barədə “5G Americas” ticarət qrupunun rəhbəri Kris Pirson Tokioda keçirilən “Global 5G Event” tədbiri çərçivəsində bildirib.

Musiqili Teatrın iyun REPERTUARI

1 İyun 2017 19:34

Azərbaycan Dövlət Musiqili Teatrı 107-cı teatr mövsümü 2017-ci il iyun ayı üçün repertuar planı 02.02 C. Barrinin, Qrimm qardaşları “Bremen musiqiçiləri və Pen” 12.00 02.02 C. Barrinin, Qrimm qardaşları “Bremen musiqiçiləri və Pen” 15.00 02.06 F. Əmirovun musiqiləri əsasında “999-cu gecə” 19-00 03.06 Elçin “Baladadaşın toy hamamı” 19-00

Bilal Bilalov  Başqırdstan Dövlət Universitetində

1 İyun 2017 19:29

AMEA  Riyaziyyat və Mexanika İnstitutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov  Başqırdstan Dövlət Universitetinin Sterlitamak Filialında keçirilən  “Modern Mathematics and its Applications” konfransında iştirak edib. Konfransda “Statistical convergence, its generalizations, continuous varint, and applications to Fourier-Stieltjes transform” mövzusunda plenar məruzə  ilə çıxış edib.

Gənc tədqiqatçılar 6 Fiziksəl Kimya konfransında

1 İyun 2017 19:23

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasının böyük elmi işçisi, dosent Aliyə Rzayeva və həmin institutun “Sorbsiya” laboratoriyasının elmi işçisi Mahnur Cəfərli “6 Fiziki Kimya” konfransında iştirak ediblər. Bölmədən “Olaylar” – a bildirlib ki, Türkiyyənin Bülent Ecevit Universitetinin təşkil etdiyi konfransda dosent Aliyə Rzayeva “FeIn2Se4 birləşməsinin sintezi” və institutunun elmi işçisi Mahnur Cəfərli isə “İonitlərdə bəzi əlvan metal ionlarının sorbsiyasının kinetikası və termodinamikası” mövzusunda çıxış ediblər.

AMEA – nın Naxçıvan bölməsində yeni kitab çapdan çıxıb

1 İyun 2017 19:19

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər İbrahimov və Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun həmmüəllifi olduğu “Naxçıvan Muxtar Respublikası florası-Qurğuşunçiçəyikimilər kitabı işıq üzü görüb.

Tanınmış modelyerə həbs cəzası: 6 ay 20 gün

1 İyun 2017 19:15

Modelyer Barbaros Şansalın məhkəməsindən xəbər var. Modelyerə 6 ay 20 gün həbs cəzası verilib. Proses müəyyən müddətə təxirə salınıb.  Xatırladaq ki, modelyer sosial şəbəkədə Türkiyə əleyhinə görüntülərin yayımlanmasına görə ittiham edilib.

"Fahriye gələn il Kannda hər kəsin diqqətində olacaq"

1 İyun 2017 19:10

70-ci Kann Film Festivalında iştirak edən Fahriye Evcen orada yeni iş görüşündə olub. Aktrisa Fransada türk rejissor Fatih Akınla görüşüb. Filmləri ilə dünya şöhrəti qazanan F.Akın Evceni yeni filmində görmək istəyir.

"Şaytan vadisi" ilə bağlı yeni faktlar aşkarlandı

1 İyun 2017 19:05

Dünyada turistlərin maraq göstərdiyi yerlərin əksəriyyəti Avropa ölkələrində yerləşir. İnsanlar əsasən tarixi və qeyri-adi görünüşü olan abidələrin yerləşdiyi ərazilərə turistik səfər etməyi sevir. Sirli tarix, gizli qalan məqamlar istənilən insanın marağına səbəb olur. Belə sirli və möcüzəli yerlərdən biri isə Türkiyənin Mərsin bölgəsində yerləşən "Şeytan dərəsi" vadisidir. Dünyanın ən əhəmiyyətli turistik yerlərindən biri olan bu vadidə dərələrin sıldırım yamaclarına baxanda görünən mənzərə insanları vahiməyə salır.

"Barselona"nın yeni məşqçisi təqdim olundu

1 İyun 2017 18:59

Ernesto Valverde rəsmən "Barselona"da vəzifəsinin icrasına başlayıb. Bu gün 53 yaşlı mütəxəsis 2 illik müqaviləyə imza atıb. İmza mərasimində klubun prezidenti xosep Bartomeu və vitse-prezidenti Jordi Mestre iştirak edib.