Musiqili fidanlar
İyunun 1 – də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Musiqili fidanlar”adlı tədbir-konsert keçirilib. Muzeydən “Olaylar” – a bildirlib ki, tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açıb. Sonra R.Babayev adına 25 №-li 11 illik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Bəturə Məmmədova çıxış edib. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolardan və muzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunub.
1 İyun 2017 21:09 İncəsənətİyunun 1 - də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə "Musiqili fidanlar"adlı tədbir-konsert keçirilib.
Muzeydən "Olaylar" - a bildirlib ki, tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açıb. Sonra R.Babayev adına 25 №-li 11 illik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Bəturə Məmmədova çıxış edib. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolardan və muzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunub.
Tədbir məktəbin şagirdlərinin ifalarında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam etmişdir.