2022-ci ilə kibercinayətlərdən dəyən zərərin həcmi 8 trilyon dollara yaxınlaşacaq

Britaniyanın “Juniper Research” analitik agentliyinin hesabatına görə  növbəti  beş ildə şirkət və təşkilatların məlumat itkisindən ümumi zərəri 8 trilyon dollara yaxınlaşacaq.

Britaniyanın "Juniper Research" analitik agentliyinin hesabatına görə  növbəti  beş ildə şirkət və təşkilatların məlumat itkisindən ümumi zərəri 8 trilyon dollara yaxınlaşacaq.
 
Analitiklərin proqnozuna görə, kibertəhlükəsizlik sahəsində innovativ həllərin tətbiqinə baxmayaraq, 2017-ci ildə hakerlər tərəfindən oğurlanmış fərdi məlumatların həcmi 2,8 milyard təşkil edəcək və 2020-ci ilə bu göstərici 5 milyarda yaxınlaşacaq.
 
Hesabata əsasən, kiçik və orta biznes müəssisələri xüsusi riskə məruz qalırlar və belə təşkilatlar qoruyucu tədbirlərin reallaşdırılmasına orta hesabla təxminən 4 min dollar xərcləyirlər. Ekspertlərin fikrincə, kibertəhdidlərin artmasına baxmayaraq, növbəti beş ildə belə şirkətlərin kibertəhlükəsizlik sahəsinə xərcləri cüzi artacaq. "ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31