Musiqi əsərləri yazan neyroşəbəkə yaradılıb

“Yandex” axtarış sisteminin proqramçıları məşhur bəstəkarlar üslubunda musiqi əsərləri yazan unikal neyroşəbəkə icad ediblər. Yeni neyroşəbəkə musiqi əsərlərini analiz edərək tanış kompozisiyalara bənzəməyən kompozisiyalar yazır.

"Yandex" axtarış sisteminin proqramçıları məşhur bəstəkarlar üslubunda musiqi əsərləri yazan unikal neyroşəbəkə icad ediblər. Yeni neyroşəbəkə musiqi əsərlərini analiz edərək tanış kompozisiyalara bənzəməyən kompozisiyalar yazır.
 
Məlumata görə, yeni süni intellekt sistemi hər biri görkəmli bəstəkarların musiqisindən ibarət sadə elementləri təhlil edən bir-biri ilə əlaqəli neyron qatlarından ibarətdir. Süni intellekt musiqi yazan zaman əvvəlcədən dinlənilən materialdan istifadə edərək kompozisiya yaradır.   
 
Süni intellektin təlimi zamanı mütəxəssislər proqrama Bethoven, Motsart və digər bəstəkarların 600 saat musiqi əsərini təhlil etməyə imkan verdikdən sonra neyroşəbəkə müstəqil şəkildə musiqi yazmaq qabiliyyətinə yiyələnib. "ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31