Gənc tədqiqatçılar 6 Fiziksəl Kimya konfransında
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasının böyük elmi işçisi, dosent Aliyə Rzayeva və həmin institutun “Sorbsiya” laboratoriyasının elmi işçisi Mahnur Cəfərli “6 Fiziki Kimya” konfransında iştirak ediblər. Bölmədən “Olaylar” – a bildirlib ki, Türkiyyənin Bülent Ecevit Universitetinin təşkil etdiyi konfransda dosent Aliyə Rzayeva “FeIn2Se4 birləşməsinin sintezi” və institutunun elmi işçisi Mahnur Cəfərli isə “İonitlərdə bəzi əlvan metal ionlarının sorbsiyasının kinetikası və termodinamikası” mövzusunda çıxış ediblər.
1 İyun 2017 19:23 SosialAMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun "Mineral xammalın kimyası və texnologiyası" laboratoriyasının böyük elmi işçisi, dosent Aliyə Rzayeva və həmin institutun "Sorbsiya" laboratoriyasının elmi işçisi Mahnur Cəfərli "6 Fiziki Kimya" konfransında iştirak ediblər. Bölmədən "Olaylar" - a bildirlib ki, Türkiyyənin Bülent Ecevit Universitetinin təşkil etdiyi konfransda dosent Aliyə Rzayeva "FeIn2Se4 birləşməsinin sintezi" və institutunun elmi işçisi Mahnur Cəfərli isə "İonitlərdə bəzi əlvan metal ionlarının sorbsiyasının kinetikası və termodinamikası" mövzusunda çıxış ediblər.
Gənc tədqiqatçı Aliyə Rzayeva çıxışında FeIn2Se4 birləşməsini iki şəraitdə aldığını bildirərək göstərib ki, birinci şəraitdə aldığı birləşmə ədəbiyyatda alınan metodlardan sadəliyi və asan başa gəlməsi ilə seçilir. İkinci şərait isə yalnız onun tərəfindən işlənilib.
Elmi işçi Mahnur Cəfərli isə çıxışında Diaion CR 11, Duolite C 467 və Dowex MAC-3 ionitlər ilə Cu2+, Zn2+, Cd2+ və Pb2+ ionlarının sorbsiyasının tarazlıq, kinetik və termodinamik parametrləri öyrənməsindən bəhs edib. Hər iki tətqiqatçının çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və onlara sertifikatlar təqdim olunub.