AMEA – nın Naxçıvan bölməsində yeni kitab çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər İbrahimov və Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun həmmüəllifi olduğu “Naxçıvan Muxtar Respublikası florası-Qurğuşunçiçəyikimilər kitabı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər İbrahimov və Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun həmmüəllifi olduğu "Naxçıvan Muxtar Respublikası florası-Qurğuşunçiçəyikimilər kitabı işıq üzü görüb.

Kitabda Naxçıvan ərazisində zəngin bitki örtüyü və biomüxtəlifliyi ilə fərqlənən Qurğuşunçiçəyikimilər fəsiləsinə daxil olan nadir növlərin təhlili aparılaraq onların dərman, boyaq, dekorativ və balverən bitkilər kimi müstəsna əhəmiyyəti işıqlandırılıb. Həmçinin bu növlərin bərpası, səmərəli istifadə edilməsi və mühafizə yolları göstərilib.

Yeni nəşr ali bitkilərin bioloji müxtəlifliyinin qiymətləndirilməsində, ətraf mühitin mühafizəsinə dair proqramların hazırlanmasında, orta və ali məktəblərin tədris proqramlarının həyata keçirilməsində istifadə oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31