Bilal Bilalov  Başqırdstan Dövlət Universitetində

AMEA  Riyaziyyat və Mexanika İnstitutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov  Başqırdstan Dövlət Universitetinin Sterlitamak Filialında keçirilən  “Modern Mathematics and its Applications” konfransında iştirak edib. Konfransda “Statistical convergence, its generalizations, continuous varint, and applications to Fourier-Stieltjes transform” mövzusunda plenar məruzə  ilə çıxış edib.

AMEA  Riyaziyyat və Mexanika İnstitutun "Qeyri-harmonik analiz" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov  Başqırdstan Dövlət Universitetinin Sterlitamak Filialında keçirilən  "Modern Mathematics and its Applications" konfransında iştirak edib. Konfransda "Statistical convergence, its generalizations, continuous varint, and applications to Fourier-Stieltjes transform" mövzusunda plenar məruzə  ilə çıxış edib.

Professor Bilal Bilalov Başqırdstan Dövlət Universitetində keçirilən SSSR Elmlər Akademiyasının müxbir üzvü A.F.Leontyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Konfransda "Метод краевых задач в вопросах базисов из возмущенных тригонометрических систем и некоторые абстрактные обобщения"  mövzusunda məruzə edib.

Ezamiyyət zamanı professor Bilal Bilalov Başqırdstan Pedaqoji Universitetinin professoru, Rusiyanın əməkdar elm xadimi Yaudat Sultanayev, Başqırdstan Dövlət Universitetinin professoru Azamat Axtyamov, Başqırdstan Dövlət Universitetinin "Riyazi məntiq və Cəbr" kafedrasının müdiri, professor Bulat Habibullin və digərləri ilə elmi müzakirələr aparmış, gələcəkdə "Tam funksiyalar nəzəriyyəsi metodlarının operatorlar nəzəriyyəsinə tətbiqi" mövzusunda birgə elmi araşdırmaların aparılması üzrə razılığa gəlinmib.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31