Gündəm
Politoloq: "Ermənistanın Rusiyadan aldığı silahlar Dağlıq Qarabağa gətirilməməlidir"
“Ermənistanın apardığı siyasət əslində danışıqlar prosesinin yubadılmasına və konkret addımların atılmasının qarşısının alınmasına yönəlib. Eyni zamanda əsas məqsəd Azərbaycanı hərbi əməliyyatlara cəlb edərək, ölkəmizi atəşkəsi pozmaqda günahlandırmaqdan ibarətdir”. Bunu politoloq İlqar Vəlizadə deyib.
"Türkiyə öz sərhədləri boyunca terror dövlətinin yaradılmasına imkan verməyəcək"
Türkiyə öz sərhədləri boyunca YPG terror dövlətinin yaradılmasına imkan verməyəcək. Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə başçıları ilə görüşdə deyib.
Sel və daşqın təhlükəli 41 çayda sahilbərkitmə tədbirləri aparılıb
Samur-Abşeron suvarma sistemi respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir.
Üç ştat Trampın qərarından imtina etdi
Kaliforniya, Vaşinqton və Nyu York ştatlarının qubernatorları, prezident Donald Trampın ABŞ-ın İqlimə dair Paris sazişindən çıxmasına dair qərar verməsinə baxmayaraq, həmin sazişin məqsədlərinə sadiq qaldıqlarını bəyan ediblər. Bu barədə "Hill" nəşri məlumat yayıb.
Rezidentura təhsili almış həkimlərin işlə təminatı ilə bağlı AÇIQLAMA
Azərbaycan Səhiyyə Nazirliyi ölkədə rezidentura təhsili almış həkimlərin işlə təminatı məsələsinə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, 2014-cü ilә kimi rezidenturaya daxil olmuş hәkim-mütəxəssislәr üçün təyinatda iştirak mütləq deyil. Rezidentura təhsilini müvəffəqiyyətlə başa vuran həkim-mütəxəssislərin təyinatın tarixləri barədə məlumatlandırılması üçün Səhiyyə Nazirliyinin rəsmi internet saytında yekun attestasiyadan qısa müddət sonra müvafiq elan yerləşdirilir.
Babayanın döyüş yoldaşları sorğu-sual edilir
Ermənistanda "İqla" işi üzrə növbəti dindirilmə aparılıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti Samvel Babayanın döyüş yoldaşı Sanasar Qaprielyanı sorğu-sual edib. Müstəntiqlər Qaprielyana "İqla" işi üzrə kiminlə və nə barədə danışması haqda suallar veriblər. O, bildirib ki, nə sözü gedən silahla, nə də "İqla" tipli raketlə əlaqəsi var.
"ABŞ gələcəyi rədd etdi" - Tramp Paris anlaşmasını tərk etdi
"Qlobal istiləşməyə dair 2015-cil il Paris iqlim sazişindən geri çəkilməklə ABŞ gələcəyi rədd edən azaylı ölkələrə qoşulur. Bununla yanaşı, əminəm ki, ölkəmizdə ştatlar, şirkətlər və müəssisələr iqlimin qorunması ilə bağlı təşəbbüsü öz üzərilərinə götürə bilərlər".
Peru Konqresi Azərbaycanın Respublika Günü münasibətilə sənəd qəbul edib
Peru Respublikası Konqresi tərəfindən 28 - may Respublika Günü ilə bağlı sənəd qəbul edilib. Peru Respublikası Konqresi tərəfindən Azərbaycan - Peru dostluq qrupunun sədri konqresmen Dalmiro Felisiano Palomino Ortizin təşəbbüsü ilə 28 may - Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasına təbrik sənədi yekdilliklə qəbul edilib.
Türkiyədə polislə ATIŞMA - Terrorçu məhv edildi
Türkiyənin Malatya vilayətində polislə atışma nəticəsində vilayətin mərkəzində terror aktı planlaşdıran terrorçu məhv edilib. Bu barədə vilayət polisi məlumat yayıb.
Saçları, dırnaqları və dərini qidalandıran şirniyyat
Hazırlanması olduqca asan, praktik və dadı ləzzətli olan jelatinin sağlamlıq baxımından da bir çox faydası var. Mütəxəssislər jelatinin xəstəliklərin qarşısını almağa və müalicəyə kömək olduğunu ortaya çıxarıblar. Ailem.az şirniyyat böhranlarının da qarşısını alan jelatinin sağlamlıq baxımından faydalarını təqdim edir.
Xalça Muzeyində uşaqlar günü
“1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycan Xalça Muzeyində də qeyd olunub. Muzeydən “Olaylar” – a bildirlib ki, hər il olduğu kimi muzey bu ildə öz ənənəsinə sadiq qalaraq, uşaqları diqqətdən kənar qoymayıb onlar üçün geniş bayram tədbiri təşkil edib. Muzeyin qarşısında onların böyük sevincinə səbəb olan “Sabahın ulduzları” adlı bayram tədbiri keçirilib. Müxtəlif proqramlarlar çərçivəsində qeyd olunacaq bayramda muzeyin Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin “Sabahın ulduzları” rəsm sərgisi nümayiş olundu, həmçinin “Sən istedadsan” layihəsinin iştirakçısı olan Aydan İlxaslı musiqi nömrəsi ilə çıxış etdi.
Filippində partlayış
Filippinin paytaxtı Manilanın mehmanxana komplekslərindən birinin yaxınlığında atışma və partlayış baş verib. Bu barədə "CNN Philippines" telekanalı məlumat yayıb. Məlumata görə, atışma nəticəsində ən azı 25 nəfər yaralanıb. Hadisə yerinə "təcili yardım", həmçinin yanğınsöndürən və xilasetmə xidmətlərinin nümayəndələri cəlb olunub.
İŞİD - in Fransa planları
İŞİD terror qruplaşması Fransada terror aktları seriyasını təşkil etməyə söz verib. Bu haqda “Breaking News” nəşri bildirib. Nəşr bildirir ki, İŞİD minalanmış minik və yük maşınları, həmçinin bombaların köməyi ilə hücumları həyata keçirməyi planlaşdırır.
Təyyarə səmada alışdı
"United Airlines" aviaşirkətinə məxsus Çikaqo-Mayami reysi ilə uçan sərnişin təyyarəsi səmada ikən yanmağa başlayıb. "Daily Mail" qəzeti insidentin bu gün baş verdiyini yazır. Məlumatda bildirilir ki, alov quşun mühərrikə girməsi səbəbindən yaranıb. Sərnişin mühərriklərdən biri yaxınlığında alov görüb və bu barədə heyət üzvlərini məlumatlandırıb. Nəticədə layner O'Hara beynəlxalq hava limanına geri qayıtmaq məcburiyyətində qalıb. Bütün sərnişinlər başqa reyslə ünvanına yola salınıb.
Braziliyada “28 May-Respublika Günü”ə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri məlum oldu
29-31 may tarixlərində Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət etmək və həmin məktəbdə, məktəblilər arasında keçirilmiş “28 May-Respublika Günü”ə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif etmək üçün Rio de Janeyro şəhərinə səfər edib/ Səfirlikdən "Olaylar" - a bildirlib ki, müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edən Səfir, məktəb rəhbərliyi ilə məktəbin gələcək planlarını müzakirə etmiş və gələn il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və “28 may – Respublika Günü”nün 100 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi haqqında danışılıb.














