Gündəm

Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçildi

2 İyun 2017 12:19

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib. Bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Beynəlxalq Memarlar İttifaqının ll Region seksiya üzvləri prezidentlərinin müşavirəsində bildirib.

“Qalatasaray” Brumanı Bundesliqa klubuna satdı

2 İyun 2017 12:18

"Qalatasaray"ın yarımmüdafiəçisi Bruma karyerasını Almaniyada davam etdirəcək. Portuqaliyalı futbolçu "Leypsiq" klubu ilə anlaşıb. Uzun müddətdi bu keçidi reallaşdırmağa çalışan Bundesliqa təmsilçisinin bir neçə cəhdi uğursuz alınmışdı. Son olaraq qarşı tərəfə 14,5 milyon avro təklif edən "Leypsiq", nəhayət ki, arzusuna çatıb. Belə ki, İstanbul nəhəngi 23 yaşlı futbolçunu almanlara satmağa razılıq verib. Türkiyə Superliqasında həftəsonu keçiriləcək son tur matçının ardından Brumanın transferi rəsmən açıqlanacaq.

Bakıda sevgilisini öldürüb, qəza törədən şəxsə hökm oxundu

2 İyun 2017 12:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azər Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Ağayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Nazir cinsi azlıqların işə götürülməsindən danışdı

2 İyun 2017 12:14

“Azərbaycanda qadınlar işləmək üçün daha çox tibb və təhsil sahələrini seçirlər. Tibb sahəsində çalışan şəxslərin 86 faizi və təhsil sahəsində çalışanların 73 faizi qadınlardır. Açığını demək lazımdır ki, təhsil və səhiyyə bu gün əsasən dövlət sektoruna aid olduğuna görə, burada əmək haqqı özəl sektora nisbətən aşağıdır.

Nazir: “Əhalinin gəlirləri 8 dəfə artıb”

2 İyun 2017 12:12

“Azərbaycanda sosial sahəyə diqqət yürüdülən siyasətin prioritet istiqamətlərindən biridir”.“Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” seminarında deyib. Nazir qeyd edib ki, Azərbaycanda işsiziliyin səviyyəsi 5 faizə qədər enib, əhalinin gəlirləri 8 dəfə artıb: “İnsanların əmək hüququ qanunvericilik bazasında da yer alıb. Bu qanunlar praktiki olaraq gerçəkləşdirilir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb. 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilib. Bu da ölkə əhalisinin 23.7 faizini əhatə edir”.

Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərə xəbərdarlıq etdi

2 İyun 2017 12:03

Bakı Nəqliyyat Agentliyi yay mövsümü ilə əlaqədar müntəzəm marşrutların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə, sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə xəbərdarlıq məktubu göndərib.

Paytaxt məktəblərində silsilə tədbirlər keçirilib

2 İyun 2017 11:59

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

İRƏLİ yeni layihəyə start verir

2 İyun 2017 11:58

“İRƏLİ” İctimai Birliyi yeni layihəyə start verir. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub. Açıq hava şəraitində qurulmuş yaşayış çadırlarında qalacaq olan gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər, təlim və seminarlar keçiriləcək, həmçinin bunlarla paralel olaraq gənclər bir sıra sosial, idman və intellektual yarışma yönümlü fəaliyyətlərdə yer alacaqlar.

İşləməyən vərəm xəstələrinin müavinəti nağdsız qaydada həyata keçiriləcək

2 İyun 2017 11:57

“Vərəmlə mübarizə haqqında” qanuna dəyişikliyin edilmsi nəzərdə tutulur. Milli Məclisin səhiyyə komitəsindən “Olaylar”a verilən məlumata görə, sözügedən qanunun 14-cü maddəsində dəyişiklik edilməsi bu qanunun “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli qanuna uyğunlaşdırılmasına xidmət edir. Layihəyə görə, işləməyən vərəm xəstələrinə müalicə müddətində verilən müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Şəkidə tütünçülüyün inkişafı təşviq olunur

2 İyun 2017 11:55

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum Şəki rayonunda keçirilib.

13 ildə 1,6 milyon adam işlə təmin edilib

2 İyun 2017 11:52

“Azərbaycanın 2004-cü ildə Avropa Sosial Xartiyaya qoşulmasından sonra 1,6 milyon insan iş yeri ilə təmin edilib”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib.

ƏƏSMN-a elektron müraciətlərin statistikası açıqlanıb

2 İyun 2017 11:49

Cari ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 745 298 müraciət qeydə alınıb ki, bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin 34,4%-ni təşkil edir.

Arzu Rəhimov şimal zonasında vətəndaşları qəbul edəcək

2 İyun 2017 11:48

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Xidmətin Xaçmaz rayon şöbəsində vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, iyunun 14-də baş tutacaq qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 12.06.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Ermənilər 126 dəfə atəşkəsi pozub

2 İyun 2017 11:46

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Hikmət Hacıyev: “Sarkisyan yenilənmiş Madrid prinsiplərini tamamilə inkar edir”

2 İyun 2017 11:44

“Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən də məlumat verildi ki, iyun ayının 19-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regional səfəri çərçivəsində Azərbaycana səfərləri də nəzərdə tutulub. Səfər əsnasında Azərbaycan tərəfindən münaqişənin həlli ilə bağlı mövqeyimiz və baxışlarımız birdaha Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırılacaq. Təbii ki, münaqişənin həlli ilə bağlı müxtəlif fikirlər və planlar vardır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.