Paytaxt məktəblərində silsilə tədbirlər keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
2 İyun 2017 11:59 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. "OLAYLAR"-a Təhsil İdarəsindən daxil olan məlumata görə, təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konfranslar, "Dəyirmi masa"lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, fləşmob, idman yarışları təşkil edilib. Tədbirlərdə uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verilib, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.