Lukaşenko milis və ərazi müdafiə qüvvələrinin yoxlanışını elan etdi-ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin tezliklə milis və ərazi müdafiə qüvvələrində yoxlama aparacağını açıqladı. Olaylar.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə bağlı olan " Pool Pervogo " Telegram kanalı məlumat verib.

Kanal prezidentin xalq milisinin və ərazi müdafiəsinin yaxın gələcəkdə sınaqdan keçiriləcəyi barədə xəbərdarlıq edərək "Bu, çox vacib bir məsələdir" dediyini sitat gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31