Tarixi missiya daşıyan Liderliyin də ən böyük nəticəsi-Özəl
14:43 Siyasət"Düz 23 il öncə, 15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərdi. Bundan düz 20 il sonra məhz 15 oktyabr 2023-cü ildə O, Xankəndidə Azərbaycan bayrağını ucaltdı!" "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bir tərəfdə 23 il öncə xalqına və dövlətinə xidmət etmək üçün and içən Prezident, digər tərəfdə bu 23 il ərzində onun azad etdiyi və zirvələrə qaldırdığı, Zəfərlə tanınan, daim inkişaf edən Azərbaycan. Bu zaman kəsiyində illərin fədakar zəhməti, xalqın inamı və dəstəyi, ən əsası isə - bir millətin gerçəkləşən ən böyük arzusu var.
Tarixi missiya daşıyan Liderliyin də ən böyük nəticəsi məhs budur: xalqın arzusunu onun fəxrlə yaşadığı reallığa çevirmək! Bunu O bacardı. Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq".