Xalça Muzeyində uşaqlar günü

“1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycan Xalça Muzeyində də qeyd olunub. Muzeydən “Olaylar” – a bildirlib ki,  hər il olduğu kimi muzey bu ildə öz ənənəsinə sadiq qalaraq, uşaqları diqqətdən kənar qoymayıb onlar üçün geniş bayram tədbiri təşkil edib. Muzeyin qarşısında onların böyük sevincinə səbəb olan “Sabahın ulduzları” adlı bayram tədbiri keçirilib. Müxtəlif proqramlarlar çərçivəsində qeyd olunacaq bayramda muzeyin Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin “Sabahın ulduzları” rəsm sərgisi nümayiş olundu, həmçinin “Sən istedadsan” layihəsinin iştirakçısı olan Aydan İlxaslı musiqi nömrəsi ilə çıxış etdi.

"1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" Azərbaycan Xalça Muzeyində də qeyd olunub. Muzeydən "Olaylar" - a bildirlib ki,  hər il olduğu kimi muzey bu ildə öz ənənəsinə sadiq qalaraq, uşaqları diqqətdən kənar qoymayıb onlar üçün geniş bayram tədbiri təşkil edib.

Muzeyin qarşısında onların böyük sevincinə səbəb olan "Sabahın ulduzları" adlı bayram tədbiri keçirilib. Müxtəlif proqramlarlar çərçivəsində qeyd olunacaq bayramda muzeyin Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin "Sabahın ulduzları" rəsm sərgisi nümayiş olundu, həmçinin "Sən istedadsan" layihəsinin iştirakçısı olan Aydan İlxaslı musiqi nömrəsi ilə çıxış etdi. Tədbirin bədii hissəsində Respublika Uşaq Yaradıcılıq Mərkəzi "Təbəssüm" rəqs qrupunun çıxışları, vokal musiqi kompoziyaları və şən klounlar, nağıl qəhrəmanları ilə viktorinalar keçirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31