Təyyarə səmada alışdı

"United Airlines" aviaşirkətinə məxsus Çikaqo-Mayami reysi ilə uçan sərnişin təyyarəsi səmada ikən yanmağa başlayıb. "Daily Mail" qəzeti insidentin bu gün baş verdiyini yazır. Məlumatda bildirilir ki, alov quşun mühərrikə girməsi səbəbindən yaranıb. Sərnişin mühərriklərdən biri yaxınlığında alov görüb və bu barədə heyət üzvlərini məlumatlandırıb. Nəticədə layner O'Hara beynəlxalq hava limanına geri qayıtmaq məcburiyyətində qalıb. Bütün sərnişinlər başqa reyslə ünvanına yola salınıb.

"United Airlines" aviaşirkətinə məxsus Çikaqo-Mayami reysi ilə uçan sərnişin təyyarəsi səmada ikən yanmağa başlayıb. "Daily Mail" qəzeti insidentin bu gün baş verdiyini yazır.

Məlumatda bildirilir ki, alov quşun mühərrikə girməsi səbəbindən yaranıb. Sərnişin mühərriklərdən biri yaxınlığında alov görüb və bu barədə heyət üzvlərini məlumatlandırıb. Nəticədə layner Ochr("39")Hara beynəlxalq hava limanına geri qayıtmaq məcburiyyətində qalıb. Bütün sərnişinlər başqa reyslə ünvanına yola salınıb.

Qeyd edək ki, aviaşirkət sərnişinlərə təzminat təklif etmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31