Braziliyada “28 May-Respublika Günü”ə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri məlum oldu
29-31 may tarixlərində Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət etmək və həmin məktəbdə, məktəblilər arasında keçirilmiş “28 May-Respublika Günü”ə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif etmək üçün Rio de Janeyro şəhərinə səfər edib/ Səfirlikdən "Olaylar" - a bildirlib ki, müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edən Səfir, məktəb rəhbərliyi ilə məktəbin gələcək planlarını müzakirə etmiş və gələn il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və “28 may – Respublika Günü”nün 100 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi haqqında danışılıb.
1 İyun 2017 21:20 Xarici siyasət29-31 may tarixlərində Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət etmək və həmin məktəbdə, məktəblilər arasında keçirilmiş "28 May-Respublika Günü"ə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif etmək üçün Rio de Janeyro şəhərinə səfər edib/
Səfirlikdən "Olaylar" - a bildirlib ki, müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edən Səfir, məktəb rəhbərliyi ilə məktəbin gələcək planlarını müzakirə etmiş və gələn il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və "28 may - Respublika Günü"nün 100 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi haqqında danışılıb.
Sonra, şagirdlər Azərbaycanla bağlı nitq söyləyərək mahnılar oxuyub müxtəlif şən səhnəciklər ifa ediblər.Azərbaycanın adını daşıyan məktəbdə hazırda yeddi yüzdən artıq şagird oxuyur və 50-yə yaxın müəllim heyyəti çalışır. Məktəb, Rio de Janeyro şəhərinin mərkəzi məktəblərindən biridir.