Məhkəmənin qərarı "Atletiko"nu sevindirmədi

"Atletiko Madrid" yay fasiləsində transfer edəcəyi futbolçuları qeydiyyatdan keçirə bilməyəcək. İdman Arbitraj Məhkəməsi (CAS) FİFa tərəfindən Madrid klubuna tətbiq olunan transfer sanksiyasını qüvvədə saxlayıb. Beləliklə, baş məşqçi Diyeqo Simeone 2017/18 mövsümünün ilk dövrəsində yeni futbolçuların xidmətindən yararlana bilməyəcək.

Argentinalı mütəxəssis yüksək yerlər üçün mübarizə aparmaq üçün bir neçə səviyyəli futbolçunun transferini rəhbərlikdən istəmişdi. Transfer qadağasının qüvvədə qalması ən çox "Mançester Yunayted"i narahat edir. Antuan Qrizmannla şəxsi müqaviləni razılaşdıran "qırmızı şeytanlar" "Atletiko"nu yola gətirmək üçün zəhmət çəkməli olacaq.

FİFA "Atletiko" və "Real"a 2 transfer pəncərəsi müddətində yeni oyunçuları qeydiyyatdan keçirməyi qadağan etmişdi. "Kral klubu" 90 gün ərzində məsələni xeyrinə həll edərək yayda transfer fəaliyyətini maneəsiz həyata keçirəcək. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31