Beynəlxalq Uşaq Günü Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə ilə qeyd olunub...

Gənc tamaşaçılar Teatrı  teatr-məktəb əlaqələrinin möhkəmlənməsi istiqamətində fəal işlər görərək, daha bir layihəyə imza atıb. Belə ki, 1 İyun – Beynəlxalq Uşaq Günü münasibətilə teatrda yeni tamaşa hazırlanıb. Hazırlanan tamaşanın özəlliyi ondan ibarət olub ki, səhnədə teatrın gənc və peşəkar aktyorları yanaşı, məktəb şagirdləri də öz məharətlərini göstərmək imkanı əldə ediblər. Gənc Tamaşaçılar Teatrı və 6 saylı məktəb-litseyin İB proqramı üzrə təhsil alan şagirdlərinin ifasında nümayiş olunan yeni tamaşa Azərbaycan Xalq nağılı “Məlikməmməd” əsasında hazırlanıb.

Gənc tamaşaçılar Teatrı  teatr-məktəb əlaqələrinin möhkəmlənməsi istiqamətində fəal işlər görərək, daha bir layihəyə imza atıb. Belə ki, 1 İyun - Beynəlxalq Uşaq Günü münasibətilə teatrda yeni tamaşa hazırlanıb. Hazırlanan tamaşanın özəlliyi ondan ibarət olub ki, səhnədə teatrın gənc və peşəkar aktyorları yanaşı, məktəb şagirdləri də öz məharətlərini göstərmək imkanı əldə ediblər. Gənc Tamaşaçılar Teatrı və 6 saylı məktəb-litseyin İB proqramı üzrə təhsil alan şagirdlərinin ifasında nümayiş olunan yeni tamaşa Azərbaycan Xalq nağılı "Məlikməmməd" əsasında hazırlanıb.

Tamaşanın nümayişindən öncə səhnəyə çıxan teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Ağaxan Salmanlı çıxış edərək Beynəlxalq Uşaq gününün yaranma tarixi, ölkəmizdə bu bayramın yüksək səviyyədə keçirilməsi, hazırlanan tamaşanın yaradıcı heyəti haqqında ətraflı məlumat veriblər.

6 saylı məktəb-litseyin direktoru, Əməkdar müəllim Gülşən Orucova çıxışında tamaşada çıxış etmək təşəbbüslərini qəbul edərək hər cür şərait yaratdığına görə Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə öz minnətdarlığını bildirib.

Daha sonra yeni tamaşa izləyicilərə təqdim edilib. Süjet xətti uşaqdan-böyüyə hər kəsə yaxşı bəlli olan səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Yeni tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Xalq Artisti Ağaxan Salmanlı, rejissoru Elnur Hüseynov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Elvin Nuri, video və kompüter qrafikaçısı Ramiq Nəsirov, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31