GİN esse müsabiqəsinin qaliblərini mükafatlandırıb

Gənclər və İdman Nazirliyinin konfrans zalında “Mən Belarus haqqında nə bilirəm?” esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, mərasimdə nazir müavini İntiqam Babayev, Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müşaviri Dmitriy Qorbaçov və 3-cü katibi İqor Poluyçik iştirak etmişdir.

Gənclər və İdman Nazirliyinin konfrans zalında "Mən Belarus haqqında nə bilirəm?" esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, mərasimdə nazir müavini İntiqam Babayev, Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müşaviri Dmitriy Qorbaçov və 3-cü katibi İqor Poluyçik iştirak etmişdir. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev iki ölkənin gəncləri arasında olan əməkdaşlıqdan danışaraq qalibləri təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Sonda qaliblər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31