Bakı Ali Neft Məktəbinin əməkdaşı Portuqaliya İnstitutunda ilin ən yaxşı tələbəsi seçilib  

Bakı Ali Neft Məktəbinin böyük laborantı Rima Quliyeva Braqansa Politexnik İnstitutunun (Portuqaliya) «Kimya mühəndisliyi» bölümü üzrə ilin ən yaxşı tələbəsi seçilərək institutun medalçıları siyahısına salınıb.

Bakı Ali Neft Məktəbinin böyük laborantı Rima Quliyeva Braqansa Politexnik İnstitutunun (Portuqaliya) "Kimya mühəndisliyi" bölümü üzrə ilin ən yaxşı tələbəsi seçilərək institutun medalçıları siyahısına salınıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, o, univerisitetin ən yaxşı tələbəsi olmasını təsdiq edən xüsusi diploma layiq görülüb. 2014-cü ildə TQDK tərəfindən keçirilən magistraturaya qəbul imtahanında yüksək bal toplayaraq Qafqaz Universiteti Kimya mühəndisliyi bölümünün "Əsas üzvi sintezin kimyası və texnologiyası" ixtisasına qəbul olunan Rima Quliyeva 2015-ci ildə magistratura təhsilini Portuqaliyada Braqansa Politexnik İnstitutunda davam etdirərək təhsilinin bu pilləsini fərqlənmə ilə bitirib. R.Quliyeva qazandığı bilik və təcrübəni gənc mütəxəssislərə elmi və pedaqoji fəaliyyət üçün geniş imkanlar yaradılmış Bakı Ali Neft Məktəbində reallaşdıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31