Yol Polisindən sürücülərə MÜRACİƏT - "DİQQƏTLİ OLUN"

"Hazırda paytaxtda davam edən güclü külək səbəbindən Bakı şəhəri üzrə yol hərəkəti ilə bağlı hələ ki hər hansı bir hadisə qeydə alınmayıb". Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb: "Biz də sürücülərə, avtomobil sahiblərinə müraciət edirik ki, belə hava şəraitində diqqətli olsunlar, yol hərəkəti qaydalarına riayət etsinlər". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31