Veysəloğlu Şirkətlər Qrupu sağlamlıq imkanları məhdud uşaqları ziyarət edib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupu Nəsimi rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbdə bayram şənliyi təşkil edib.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupu Nəsimi rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbdə bayram şənliyi təşkil edib. Veysəloğlu şirkətinin "Yardımsevənlər" könüllülər qrupu və şirkət rəhbərliyinin də iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Veysəloğlu Şirkətlər Qrupu hər il olduğu kimi, bu il də xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqət mərkəzində saxlayaraq, onları yad edib, onlara müxtəlif hədiyyələr təqdim edib. Ümumilikdə 109 uşağın təhsil alıb yaşadığı bu məkanda uşaqlar üçün yaradılmış şərait həqiqətən də qürurverici və təqdirəlayiqdir. Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31