ADMİU-da İKT-dən istifadənin aktuallığı mövzusunda konfrans

Mədəniyyət və İncəsənət Universitetində “Mədəniyyət və incəsənət təşkilatlarında İKT-dən istifadənin aktuallığı” mövzusunda tələbələrlə elmi-nəzəri konfransı keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki,  professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konfransda Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva, Kulturologiya fakültəsinin dekanı, dosent Vasif Adilov, İqtisadiyyat və informatika kafedrasının baş müəllimi Gülşən Əliyeva çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.

Mədəniyyət və İncəsənət Universitetində "Mədəniyyət və incəsənət təşkilatlarında İKT-dən istifadənin aktuallığı" mövzusunda tələbələrlə elmi-nəzəri konfransı keçirilib. Universitetdən "Olaylar" - a bildirlib ki,  professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konfransda Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva, Kulturologiya fakültəsinin dekanı, dosent Vasif Adilov, İqtisadiyyat və informatika kafedrasının baş müəllimi Gülşən Əliyeva çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.

İqtisadiyyat və informatika kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda II kurs Sosial iş ixtisaslı tələbələr Sənan Ağayev və Fətmət Bayramlı "Elektron hökümətin sosial sferada yeri", II kurs Kitabşünaslıq ixtisaslı tələbələr Günay İbrahimli "Təhsil sistemində rəqəmsal məzmunun genişləndirilməsi (Distant təhsil)", Günay Səmədova "Kitab yayımında İKT-nin rolu", Zərqələm Yaqubəliyeva "ASAN" xidmət - vətəndaşlara xidmətin yeni texnologiyası kimi" və IV kurs tələbəsi Fidan Abbaslı "Azərbaycanda elektron kitabxanaların formalaşması mərhələləri", III kurs Menecment ixtisaslı tələbələr Orxan Abbasov, Səxavət Hüseynov "Mədəniyyət və incəsənət təşkilarlarında İKT-dən istifadənin aktuallığı", III kurs Turizm və otelçilik ixtisası tələbəsi Rəfail İskəndərov "İKT-nin turizmdə rolu" mövzusunda slaydlar əsasında məruzələr ilə çıxış ediblər. Sonda konfrans iştirakçıları sertifikat ilə təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31