Musiqili Teatrda bir gündə 2 premyera

Musiqili Teatrında "Bremen musiqiçiləri və Pen" musiqili nağıl-tamaşanın premyerası olacaq. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" -a  bildirib ki, teatrın Yaradıcılıq studiyasında gənclər tərəfindən hazırlanan bu nağıl-tamaşa böyük səhnəyə vəsiqə qazanıb. Uşaqlar üçün nəzərdə tutulan yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin "Piter Pen və Vendi" və Qrimm qardaşlarının məşhur "Bremen musiqiçiləri" nağıllarının süjetləri əsasında səhnələşdirib. Maraqlı hadisələrlə zəngin olan tamşanın premyerası bir gündə 2 dəfə - 2 iyun tarixində saat 12.00 və 15.00-da baş tutacaq.

Səhnə əsərində əsas məqsəd dostluğun, ləyaqətin insan həyatındakı rolunu dinamik və əyləncəli süjet xətti vasitəsilə balaca tamaşaçılara çatdırmaqdır. Uşaqların sevimli qəhrəmanlarının tamaşada görünməsi daha çox maraq doğurur.

Tamaşanın quruluşçu-rejissoru və musiqi tərtibatçısı Zaur Əliyev, quruluşçu-rəssamı Afaq Bayramova, rejissorları Elməddin Dadaşov, Anar Sadıqov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev, Yelena Ağayeva, işıq rəssamı Fuad Qədirov, rejissor-assistenti Sevinc Məmmədovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31