“Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” kitabının təqimatı keçiriləcək
Azərbaycan Yazıçılar Birliyinin Natəvən Klubunda Şahi İsmayıl Komissiyasının dəstəyi ilə çap edilən “Böyük adam olmuş uşaq-Şah İsmayıl Xətai” və “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabının və Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi üçün keçiriləcək hekayə müsabiqəsisinin təqdimatı keçiriləcək.
1 İyun 2017 14:55 SosialAzərbaycan Yazıçılar Birliyinin Natəvən Klubunda Şahi İsmayıl Komissiyasının dəstəyi ilə çap edilən "Böyük adam olmuş uşaq-Şah İsmayıl Xətai" və "Azərbaycan Səfəvi-Qızılbaş imperiyası"nın tanıtım kitabının və Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi üçün keçiriləcək hekayə müsabiqəsisinin təqdimatı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, "Böyük adam olmuş uşaq-Şah İsmayıl Xətai" komimiks hekayənin müəllifi f.ü.f.d.,dos. Şəmil Sadiq, rəssamı isə Vasif Səftərovdur. Uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığını və sərkərdəliyini şahın öz dilindən verilir. "Azərbaycan Səfəvi-Qızılbaş imperiyası"nın tanıtım kitabı isə Oğuz Müstəqil Araşdırmalar Qrupu tərəfindən hazırlanıb. Hər iki əsər Hədəf Nəşrlərinin sponsorluğu ilə çap edilib. AYB Şah İsmayıl Komissiyasının sədri, müsbiqə layihəsinin rəhbəri f.ü.f.d.,dos. Şəmil Sadiqin verdiyi məlumata görə Şah İsmayıl Xətainin adının, ideologiyasının, Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi məqsədilə "Qızılbaş" beynəlxalq tarixi hekayə müsabiqəsinin şərtləri təqdimat günü elan ediləcək.