Qarabağ münaqişəsinin həlli çıxılmaz vəziyyət səviyyəsindədir
Rusiyadakı bəzi antiAzərbaycan çevrələrin Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədilə istifadə etdikləri Ümumrusiya Azərbaycanlıları Konqresi kartı hələ ki, bu məkirli oyunçuların işinə yarayır. Etiraf etmək lazımdır ki, qeyd edilən amil istər-istəməz Moskva ilə Bakı arasında münasibətlərdə müəyyən mənada sərinlik yaratdı. Düzdür, bu kimi xırda problemlərin Azərbaycan-Rusiya strateji tərəfdaşlığına o qədər də zərbə vurmayacağı əminliyi olsa da, lakin şimaldan artan bu kimi təzyiq vasitələrinin ikitərəfli əlaqələrə təsirsiz ötüşməyəcəyi də mümkün deyil.
1 İyun 2017 13:45 SiyasətProblemin nizamlanması istiqamətində hər hansı danışıqların başlanması real görünmür
Rusiyadakı bəzi antiAzərbaycan çevrələrin Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədilə istifadə etdikləri Ümumrusiya Azərbaycanlıları Konqresi kartı hələ ki, bu məkirli oyunçuların işinə yarayır. Etiraf etmək lazımdır ki, qeyd edilən amil istər-istəməz Moskva ilə Bakı arasında münasibətlərdə müəyyən mənada sərinlik yaratdı. Düzdür, bu kimi xırda problemlərin Azərbaycan-Rusiya strateji tərəfdaşlığına o qədər də zərbə vurmayacağı əminliyi olsa da, lakin şimaldan artan bu kimi təzyiq vasitələrinin ikitərəfli əlaqələrə təsirsiz ötüşməyəcəyi də mümkün deyil. Artıq bunun ilkin işartıları da müşahidə edilir desək yanılmarıq. İlk növbədə Dağlıq Qarabağ probleminə olan münasibətdə bu yanaşma özünü büruzə verir. Belə ki, son aylar Moskvadan İrəvana dəstək xarakterli fikir və addımların sayında artım müşahidə edilir. Paralel olaraq Kremlin münaqişənin həlli ilə bağlı təktərəfli formada həyata keçirdiyi təşəbbüsdə axsamaların müşahidə edilməsi, həmçinin Ermənistana əlavə hərbi teznika verilməsi barədə yayılan xəbərlər də Bakıda o qədər xoş təsir bağışlamır. Ekspertlər də hesab edirlər ki, Rusiya hazırkı situasiyada Azərbaycanı özündən uzaq salmaqdan. Onun maraqlarına zidd addımlar atmaqdan daha çox, Bakı ilə münasibətləri daha da dərinləşdirməyə üstünlük verməldir. Ancaq hələ ki, qeyd edilən mövqe şimaldan müşahidə edilmir.
Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Rusiyanın Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətini ləğv etdikdən sonra, iki ölkə arasında soyuq münasibətlərin üzə çıxması ilə nəticələndi. Politoloqun sözlərinə görə, bir müddət davam edən Azərbaycan-Rusiya arasında Qarabağ münaqişəsi və Avrasiya İttifaqı məsələsində konfidensial danışıqlarda ortaq məxrəcə gəlinməməsi, Rusiyanın daha çox güzəştlər tələb etməsi, danışıqların nəticəsiz bitməsinə səbəb olub: "Aprel ayı Kremlin rəsmi və qeyri-rəsmi şəxslərinin Bakı səfərində də uğursuzluq, rəsmi Kremlin açıq demarşları və Ermənistana isə, reveransları artdı. Qeyd etmək lazımdır ki, Moskva ilə Bakı arasında davam edən siyasi soyuqluq fonunda Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hər hansı danışıqların başlanması real görünmür". Məhəmməd Əsədullazadə deyib ki, bu vəziyyətdən Ermənistan razıdır və Moskva -Bakı münasibətlərinin belə davam etməsi onun maraqlarına xidmət edir: "Çalışılır ki, bununla münaqişə ətrafında status-kvo qorunsun. Rusiya-Azərbaycan münasibətlərinin bu vəziyyətdə saxlanmasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rolunu xüsusi vurğulamaq lazımdır. Məhz Sergey Lavrov iki ölkə arasında münasibətlərə zərbə vuran açılaqlamalar verib, ermənilərə siyasi gedişlər edib. Hazırda iki ölkənin siyasi əlaqələrini yüksək səviyyəyə gətirmək, yenidən
Rusiyanın təşəbbüsü ilə Qarabağ danışıqlarında müsbət irəliləyişlərin olması, yaxın perspektivdə mümkün görünmür. Astanada nəzərdə tutulan sammitdə Rusiya prezidenti Vladimir Putinlə prezident Ilham Əliyevin görüşündə müəyyən danışıqlar aparılsa da, Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunda irəliləyiş olmayacaq. Rusiya çalışır ki,danışıqları tam dondurub, vəziyyəti bu səviyyədə idarə etsin". Politoloq qeyd edib ki,
Azərbaycanın Türkiyə və Gürcüstanla üçlü hərbi formatda təlimləri, ölkəmizin Ər-Riyadda keçirilən ərəb-islam-Amerika konfransında iştirakı, Cənub Qaz kəmərinin çəkilməsi, Rusiyanın Azərbaycana qarşı sərt mövqeyinin davam etməsi ilə nəticələnməkdədir: "Hazırda Qarabağ münaqişəsinin həlli çıxılmaz vəziyyət səviyyəsindədir. Birləşmiş Ştatlar və Fransanın təsir imkanları zəifləyib, Rusiya da açıq şəkildə münaqişəni dondurmaq siyasəti aparır və Ermənistanı fəal şəkildə silahlandırır. Azərbaycan buna cavab olaraq, NATO ilə əlaqələri açıq şəkildə inkişaf etdirilməsi istiqamətində işlər aparmalı və Səudiyyə Ərəbistanı vasitəsilə formalaşa biləcək" İslam NATO " -da yer almalıdır". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan çalışmalıdır ki, Səudiyyə Ərəbistanı və İsrail vasitəsilə ABŞ-la siyasi dialoq qrub, ölkəmizə dəstəyi artırsın və ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-ın fəallığlna səbəb olsun: "Xüsusilə, ABŞ Minsk qrupunda fəal olarsa, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə, hımçinin münaqişənin həllinə çalışmağa cəhd edərsə, Rusiya aktivlənib, münaqişəni həll etməyə çalışar. Göründüyü kimi, ABŞ-ın müəyyən mənada fəaliyyətsizliyi, Rusiyanın mövqeyini gücləndirib". Politoloq onu da diqqətə çatdırıb ki, yaxın günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri gözlənilir: "Həmsədrlər çalışacaq ki, yay aylarında cəbhədə atəşkəsə əməl olunması üçün tərəflərlə danışıqlar aparılsın. Minsk formatının hazırda fəaliyyəti sıfır vəziyyətində olmaqla yanaşı, status-kvonun qorunmasına hesablanıb. Real geosiyasi situasiya isə Qarabağda yenidən hərbi əməliyyatların başlanmasına rəvac verir".
Füzuli