Terrorizmə qarşı mübarizə niyə nəticə vermir?

Hər bir ölkədə sabitliyin, əmin-amanlığın qorunması, kriminal durumun nəzarət altında saxlanılması, təhlükəsiz həyat şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının üzərinə böyük məhsuliyyət düşür. Lakin bəzi hallarda hətta inkişaf etmiş ölkələrdə belə cinayətkar qruplaşmaların, terror şəbəkəlarinin fəallığının qarşısını almaq mümkün olmur. Nəticədə dünyanın ayrı-ayrı nöqtələrində terror aktları bir-birini əvəz edir, saysız-hesabsız insan tələfatları qeydə alınır.

Radikal qruplaşmaları kim maliyyələşdirir?

Hər bir ölkədə sabitliyin, əmin-amanlığın qorunması, kriminal durumun nəzarət altında saxlanılması, təhlükəsiz həyat şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının üzərinə böyük məhsuliyyət düşür. Lakin bəzi hallarda hətta inkişaf etmiş ölkələrdə belə cinayətkar qruplaşmaların, terror şəbəkəlarinin fəallığının qarşısını almaq mümkün olmur. Nəticədə dünyanın ayrı-ayrı nöqtələrində terror aktları bir-birini əvəz edir, saysız-hesabsız insan tələfatları qeydə alınır. Son vaxtlar Türkiyədə ardıcıl baş verən terror aktları Avropaya sirayət edib. Artıq Avropanın ən təhlükəsiz hesab olunan paytaxt şəhərləində ardıcıl terror aktlarının törədilməsinin şahidi oluruq. Etiraf edilməlidir ki, baş verən qanlı hadisələr digər region ölkələr kimi Azərbaycanın da ayiq-sayıq olması üçün bir mesajdır. Maraqlı məqam ondan ibarətdir ki, dünyanın hərbi, kəşfiyyat, silah-sursat təchizatı baxımından ən şox inkişaf etmiş ölkələrinin terrorizmə qarşı mübarizə məqsədilə koalisiya yaratmalarına baxmayaraq qanlı terrir oktlarının qarşısını almaq mümkün olmayıb. "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev bildirib ki, hazırda bütün dünya ictimaiyyəti baş verən terror aktlatına görə narahatçılıq keçirir. Lakin bu məsələnin nə qədər aktual olmasına baxmayaraq hələ də onun qarşısını almaq mümkün olmur: "Hazırda terrorçuluq bütün dünyanı öz cənginə alıb. Çünki bəzi qüvvələr ekstremis düşüncəli insanların və radikal dini qruplaşmaların iştirakı ilə insanlığa qarşı  yönələn terror aktlarının törədilməsində maraqlıdırlar. Vəziyyət o həddə çatıb ki, bunun qarşısını almaq üçün təkcə dünya dövlətlərinin hüquq mühafizə orqanlarının fəaliyyəti kifayət etmir. Çıxış yolu ondan ibarətdir ki, hər bir ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək istəyirsə, demokratik islahatların həyata keçirilməsinin tərəfdarıdırsa ilk növbədə mübarizəni öz ölkəsindən başlasın". Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizənin ən effektli yolu terrorçuları silahlandıran mənbələrin qarşısının alınmasıdır: "Dünya ictimaiyyəti yaxşı anlayır ki, terrorçuları silahlandıran qruplar və dövlərlər var. Ona görə də ilk növbədə terrorçuların maliyyə və silah bazarı bağlanmalıdır. Hazırda elə vəziyyət yaranıb ki, bir dövlət digərindən qisas almaq üçün terror üsullarından istifadə edir". Ş.Əliyev qeyd edib ki, terrorçuluğun geniş yayılmasının digər səbəbi ondan ibarətdir ki, hazırda miqrasiya problemi dünya ölkələrində geniş yayılıb. Suriya, İraq, Misir və Əfqanıstandan didərgin düşən miqrantlara demokratk cəmiyyət adlandırılan Avropa dövlətləri tərəfindən ciddi təhlükə yaranıb. Başqa sözlə, Avropa dövlətləri həmin miqrantlara qənim kəsiliblər. Odur ki, insanlığa qarşı münasibətin dəyişməsi Avropa dövlətlərindən başlanmalıdır: "Bu gün həmin Avropa dövlətləri müsəlman ölkələrində terror aktlarının törədilməsində maraqlı görünürlər. Bir diktatorun aradan götürülməsi üçün bütün dövlətin dağılaraq məhv edilməsi siyasəti həyata keçirilir". Onun sözlərinə görə, heş bir ölkə belə terror aktlarından sığortalanmayıb: "Düşünürəm ki, bu gün Rusiya ilə Türkiyənin Suriya kimi ölkələrdə radikal qruplara qarşı mübarizəsi, insanlığa qarşı yönələn halların qarşısının alınması üçün koalisiya ordu tərkibində iştirakı və İŞİD qruplaşmaların sıxışdırılması nəticəsində onlar Azərbaycana yan ala bilərlər. Bu baxımdan Türkiyədə baş verən terror aktları Azərbaycan üçün bir mesaj olmalıdır. Yəni, Türkiyədə törədilən terror aktlarının qəlpələri ölkəmizə də gələ bilər. Teror qruplaşmalarında təmsil olunan insanlar artıq "püxtələşib", "peşəkarlaşıblar". Onların insanlığa qarşı xüsusi amansızlıqla seçilən cinayətlərin törədilməsində vicdanları ağrımır. Lakin Azərbaycanın hüquq mühafizə orqanları indiki şəraitdə kifayət qədər hazırlıqlı görünür. Etiraf edilməlidir ki, Azərbaycanın həm xüsusi xidmət, həm də hüquq mühafizə irqanları lazımi səviyyədə ayıq-sayıqdırlar. Düzdür, terrorizm və cinayətkarlığa qarşı mübarizə Azərbaycan dövlətinin yürütdüyü siyasətin təzahürüdür. Bu mübarizə siyasətinin formalaşmasında hüquq mühafizə orqanları kifayət qədər çevik fəaliyyət göstərirlər. Məhz bu fəaliyyətin nəticəsidir ki, ölkədə təhlükəsizliyin təmin edilməsində heç bir problem yoxdur". Ş.Əliyev deyir ki, məsələnin digər tərəfi ondan ibarətdir ki, bu işdə mütləq sadə vətəndaşların da köməyinə ehtiyac var. Çünki, bilmək olmur ki, insanların şüurunda hansı planlar cızılır, ona görə də onun qarşısını öncədən almaq çox çətindir. Odur ki, Azərbaycan vətəndaşları da öz konstitusion vəzifələrini yerinə yetirməkdə maraqlı olmalıdırlar: "Vətəndaşlar da ölkənin təhlükəsizlik məsələsinə məsuliyyətlə yanaşmalıdırlar. Bunun üçün insanların ayıq-sayıq olmalarına ehtiyac var. Gördükləri, şübhələndikləri insanlar barədə hüquq-mühafizə orqanlarına çevik şəkildə məlumat verilməsindən çəkinməsinlər. Qarşıdan Yeni il bayramı gəlir, insanlar bayram əhval-ruhiyəsindədir. Ona görə, hər bir Azərbaycan vətəndaşının istənilən hadisəyə fövqəladə şəkildə yanaşmasına ehtiyac var. Düşünmək lazım deyil ki, ölkədə ictimai sabitlik qorunur, insanların sərbəst hərəkəti üçün heç bir maneə yoxdur. Sadəcə, vənəndaşlar üzərlərinə düşən vəzifənin icrasını təmin etməlidirlər. Hazırda Azərbaycan polisi və digər hüquq mühafizə orqanları ilə əməkdaşlıq şəraitində işləmək zərurəti yaranıb". Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanı hədəf seçmiş radikal qüvvələrin bir amalı var: ölkəmizi zəiflətmək, sabitliyi pozaraq qarşıqlıq törətmək, anarxiya və xaosa sürükləmək. Onların qarşısında isə Azərbaycanın hüquq-mqhafizə orqanları mərdliklə dayanıb. Bu cinayətkar şəbəkələrin, terror yuvalarının aşkarlanaraq zərəsizləşdirilməsi zamanı bəzən hüquq-mühafizə orqanları şəhidlər versə də, onlar heç bir halda öz ali məqsədlərindən - dövləti və dövlətçiyili qorumaq əzmindən bir addım belə geri çəkilməyiblər. Çünki Azərbaycanın hüquqq-mühafizə orqanları öz prezidentinə, dövlətinə və xalqına daima sədaqət nümayiş etdiriblər.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31