Gündəm
Deputat: “Biz Rusiyanın öz forpostunu ağıllandırmasını gözləyirik”
"Biz bu münasibətlərdə maraqlıyıqsa, bütün səviyyələrdə siyasi dialoq davam etməlidir. Danışıqlar nazirlər səviyyəsində də gedir. Ancaq elə məsələlər var ki, nazirlər səviyyəsində həllini tapa bilmir, prezidentlərin müzakirə etməsi vacibdir".
Ukrayna sanatoriyalarının birində kütləvi zəhərlənmə olub
Ukraynanın İvano-Frankovsk vilayətində yerləşən “Syayvo Karpat” sağlamlıq və istirahət kompleksində dincələn 11 əcnəbi, iki Ukrayna vətəndaşı qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Azərbaycan Türkiyəyə qaz ixracını ARTIRDI
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
Azərbaycanda 8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq. Bu barədə bu gün İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Azərbaycan və Gürcüstan sərhədin delimitasiyası üzrə növbəti danışıqlara payızda başlayacaq
Azərbaycan və Gürcüstanın dövlət sərhədinin delimitasiya məsələləri ilə bağlı növbəti məsləhətləşmələr payızda Tbilisidə keçiriləcək. Bu barədə diplomatik mənbədən məlumat verilib. Məsləhətləşmələr zamanı dövlət sərhədinin çəkilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi, razılaşdırılmamış məntəqələr üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
Rusiyada müsəlman məhkum bir neçə arvadı ilə növbə ilə görüş tələb edir
Rusiyanın Nijni Tagil şəhərində 5 saylı islah müəssisəsində məhkumluq həyatı yaşayan 14 məhbus aclıq elan edib.
Hadisədən qorxan cazibədar bacısı gecə yarı oğlanla yaxalandı
Müğənni Hadisənin bacısı Dərya Açıkgöz dünən iş adamı Ümit Oruçla görüntülənib. Sənətçinin modelyer bacısı sevgilisi ilə gecə yarıya qədər klubda əylənib. Məkandan çıxıb sevgilisinin avtomobinilə əyləşən Dərya Açıkgöz kameraları görən kimi gizlənməyə çalışıb. Umut Oruç isə qaza basaraq ordan dərhal uzaqlaşıb.
Soçi görüşü münaqişənin həllinə əhəmiyyətli dərəcədə təsir edəcək
Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən bir neçə gün keçsə də, lakin hələ də həmin görüş barədə müzakirələr davam edir, müxtəlif ehtimallar irəli sürülür. Bütün səslənən fikirlər və ehtimalların əsas ana xəttini isə o təşkil edir ki, Soçi görüşü Moskva-Bakı münasibətlərinin daha da inkişaf etdirilməsi, strateji əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Həmçinin bu görüş Dağlıq Qarabağ probleminin həllinə də öz müsbət təsirini göstərəcək. Elə politoloq Cəbrayıl Fərzəliyev də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Cəbrayıl Fərzəliyev Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən mümkün gözləntilər barədə danışıb.
Elçin Hüseynbəyli yazır... Qafqazın taleyi qafqazlıların öz əlindədir...
“Türk Dünyası İnfo” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası”nın qrantı çərçivəsində “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı almanax nəşr edib. Bu yaxınlarda kitabın Bakıda və Tiflisdə təqdimatı nəsərdə tutulur. Topluda yazıçı Elçin Hüseynbəylinin “Qafqazın taleyi qafqazlıların öz əlindədir” adlı məqaləsi də yer alıb. Məqalənin aktuallığını nəzərə alıb, onu biz də nəşr etməyi qərara aldıq.
Bərəkətimizi göyə sovurmayaq
2014-cü ildən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrin iqtisadiyatına təsirsiz ötüşmədi. Təkcə neft ixrac edən ölkələr deyil, eləcə də qeyri-neft ölkələrinə də bu proses öz təsirini göstərdi, dünya ölkələrinin böyük əksəriyyətinin iqtisadiyyatında mənfi tendensiya, geriləmə müşahidə edilməyə başladı. Birləşmiş Ştatıar dolları ayrı-ayrı ölkələrin milli valyutalarını üstələdi, onlar qarşısında dəyərini artırdı. Bu isə bir sıra ölkələrdə kəskin devalvasiya və qiymət artımına gətirib çıxardı. Azərbaycan dünya iqtisadiyyatının ayrılmaz bir qolu, üzvü olduğundan heç şübhəsiz ki, bizim ölkəmizə də neft qiymətləri təsirsiz qalmadı.
Ölkədə səmərəli fəaliyyət göstərən aqrar sektor formalaşacaq
2014-cü ildən etibarən dünyanı bürüyən iqtisadi və maliyyə böhranı qeyri-neft sektorunun inkişafını, bu sahəyə daha çox diqqət ayrılmasını zərurətə çevirdi. Qeyri-neft sektorunda əsas istiqamətlərdən bir kənd təsərrüfatı olduğundan bu sahənin inkişafı da hazırda əsas prioritetdir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev də istər paytaxtda, istərsə də regionlarda keçirdiyi görüşlər, müşavirələrdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmasının zəruriliyini vurğulayıb. Bir müddət əvvəl Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Azərbaycan Prezidenti bu məsələyə toxunaraq bunları deyib:” Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir.
Yanğınla bağlı imtahanı təxirə salınan abituriyentlərin NƏZƏRİNƏ
İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün "imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Azərbaycan dilində olan vikipediyada irəliləyiş
Vikipediyanın Azərbaycan dilində olan bölməsində hazırda 122 min 515 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Mərkəzi Elmi Kitabxanadan “Olaylar” – a bildirilib ki, 2017 ci ilin iyul ayında Azərbaycan dilində olan vikipediya bir pillə irəliləyiş əldə edib. Urdu dilində olan vikipediyanı keçərək 53-cü pilləyə yüksəlib.
Misirdə partlayış
Misirin Sina yarımadasının şimalında bomba yüklü avtomobil partladılıb. “Olaylar” “Hurriyet” - ə istinadən bildirir ki, partlayış nəticəsində ikisi uşaq olmaqla, yeddi nəfər həlak olub.
Mikroçip erası: Düyü boyda alət bütün dünyanı dəyişdirəcək - VİDEO
Mikroçip dəri altına yeridilən xırda ölçülü, zərərsiz qurğudur. Bu günədək bu alət ev heyvanları üzərində sınanmışdı. İndi isə növbə insanlara çatıb. ABŞ-ın CNBS kanalında yayımlanan verilişdə bu mövzudan bəhs olunub.












.jpg)

