Deputat: “Biz Rusiyanın öz forpostunu ağıllandırmasını gözləyirik”

"Biz bu münasibətlərdə maraqlıyıqsa, bütün səviyyələrdə siyasi dialoq davam etməlidir. Danışıqlar nazirlər səviyyəsində də gedir. Ancaq elə məsələlər var ki, nazirlər səviyyəsində həllini tapa bilmir, prezidentlərin müzakirə etməsi vacibdir".

"Biz bu münasibətlərdə maraqlıyıqsa, bütün səviyyələrdə siyasi dialoq davam etməlidir. Danışıqlar nazirlər səviyyəsində də gedir. Ancaq elə məsələlər var ki, nazirlər səviyyəsində həllini tapa bilmir, prezidentlərin müzakirə etməsi vacibdir".

Bu fikirləri  Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünün nəticələrindən danışarkən deyib. O bildirib ki, elə məsələlər var ki, müzakirə nəticəsində onların yolu açılır: "Lakin həll olunmayan məsələlər varsa, düşünmək lazımdır ki, onları gələcəkdə necə həll etmək olar. Hər görüşdən sonra isə münasibətlərdə sıçrayış olacağını gözləmək olmaz". 

Deputatın fikrincə, prezidentlərin müzakirəsinin əsas predmeti Dağlıq Qarabağ münaqişəsi olub. O qeyd edib ki, biz Rusiyanın öz forpostu olan Ermənistanı konkret ağıllandırmasını gözləyirik: "Ya da Rusiya çəkilsin kənara, biz özümüz Ermənistanı ağıllandıraq. Təəssüf ki, Rusiya nə kənara çəkilir, nə də Ermənistanı ağıllandırır. Təbii ki, bu belə qaldığı halda ikitərəfli münasibətlərə təsir edə bilər".

R. Musabəyov hesab edir ki, Rusiya Azərbaycanla olan ikitərəfli münasibətləri  ermənilərin ərazi iddialarına və ermənipərəsət qüvvələrə qurban verməməli və münasibətlərə xələl gətirməməlidir: "Görüşün isə bu məsələyə nə dərəcədə kömək göstərdiyini demək çətindir, biz bunu Rusiyanın davranışında hiss edəcəyik". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31