Pərən-pərən olmuş xalq Heydər Əliyevin böyüklüyü ilə milli həmrəyliyə qovuşdu- ÖZƏL
13:20 Siyasət"Xalqın adamı kimi xalqın seçimi ilə qələbə qazanaraq prezident seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başladı. Buna qədər ölkədə siyasi hərc-mərcliyin, vətəndaş müharibəsinin, separatizm alovunun qarşısını alan böyük liderin rəhbərliyi ilə ölkədə sabitlik, iqtisadi inkişaf və tərəqqi üçün real zəmin yarandı". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Dövlət idarəçiliyində məsuliyyət və tələbkarlıq artdı, ölkənin daxili həyatında nizam bərpa edildi. Azərbaycan müstəqil qərarları özü verən dövlət kimi yoluna davam etdi. Keçmiş iqtidarın yarıtmaz fəaliyyətinin nəticəsi kimi bir-birinə nifrətlə baxan, pərən-pərən olmuş xalq Heydər Əliyevin fövqəladə böyüklüyü ilə milli həmrəyliyə qovuşdu. Onun siyasi iradəsi cəmiyyətdə parçalanmış münasibətləri aradan qaldıraraq insanları dövlətin, milli məfkurənin ətrafında birləşdirdi.
Ölkənin uğursuz və bərbad qurulan daxili və xarici siyasətini dəyişən Ulu öndər hüquqi, demokratik dövlət quruculuğunun əsaslarını möhkəmləndirdi. Dövlətin qanunla idarə olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkənin dünyadakı mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Azərbaycanın taleyini xaosdan çıxarıb dövlətçilik məntiqinə qaytaran bu siyasi xətt sonrakı illərin inkişafının əsasını qoydu.
Xalqın adamı kimi xalqın seçimi ilə qələbə qazanaraq prezident seçilən Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başladı. Buna qədər ölkədə siyasi hərc-mərcliyin, vətəndaş müharibəsinin, separatizm alovunun qarşısını alan böyük liderin rəhbərliyi ilə ölkədə sabitlik, iqtisadi inkişaf və tərəqqi üçün real zəmin yarandı. Dövlət idarəçiliyində məsuliyyət və tələbkarlıq artdı, ölkənin daxili həyatında nizam bərpa edildi. Azərbaycan müstəqil qərarları özü verən dövlət kimi yoluna davam etdi. Keçmiş iqtidarın yarıtmaz fəaliyyətinin nəticəsi kimi bir-birinə nifrətlə baxan, pərən-pərən olmuş xalq Heydər Əliyevin fövqəladə böyüklüyü ilə milli həmrəyliyə qovuşdu. Onun siyasi iradəsi cəmiyyətdə parçalanmış münasibətləri aradan qaldıraraq insanları dövlətin, milli məfkurənin ətrafında birləşdirdi".