Bu şəhərdə restoranlar kütləvi sürətdə bağlanır
17:15 SosialKiyevdə infrastruktur obyektlərinə endirilən zərbələr və iqtisadi vəziyyətin pisləşməsi fonunda kafe və restoranlar kütləvi şəkildə bağlanır.
"Reuters" agentliyinin məlumatına görə, restoran biznesi müştəri sayının azalması, elektrik enerjisi və su təchizatında fasilələr, yanacağın qiymətinin artması və işçi çatışmazlığı ilə üzləşir. Uzunmüddətli hava həyəcanı siqnalları da vəziyyəti daha da çətinləşdirib. Bu səbəbdən şəhər sakinləri paytaxtın mərkəzinə daha az getməyə çalışırlar.
Artıq iri restoran şəbəkələri fəaliyyətlərini məhdudlaşdırmağa başlayıb. Belə ki, "Gastro Family" iki restoranını bağlayıb, daha iki restoranının fəaliyyətini isə dayandırıb. "Pesto Cafe" 20 restoranından yeddisini müvəqqəti bağlayıb. "Çernomorka" restoranlar şəbəkəsi isə müştəri sayının 20 faiz azalması səbəbindən iki restoranını Ukraynanın qərbinə köçürmək qərarına gəlib.
"Sadəcə zərər etmədən fəaliyyət göstərməyi bacaran insan xoşbəxtdir", - deyə "Çernomorka" şəbəkəsinin inkişaf direktoru Dmitri Kostrubin bildirib.