“Barselona” Bakıya səfərinin görüntülərini paylaşdı VİDEO

İspaniyanın "Barselona" futbol klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah"la keçirəcəyi oyun üçün Bakıya səfəri ilə bağlı video yayımlayıb.

Klubun rəsmi YouTube kanalında paylaşılan görüntülərdə komandanın Barselonadan yola düşməsi, təyyarədəki anlar və futbolçuların Bakıya gəlişi əks olunub.

Qeyd edək ki, "Barselona" noyabrın 25-də Bakı Olimpiya Stadionunda "Sabah"la qarşılaşacaq. Oyun saat 21:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00