Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni Əsasnamə təsdiqlənib
15:53 Sosial"Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə" təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədin mətni Nazirlər Kabinetinin rəsmi internet saytında dərc olunub.
Eyni zamanda "Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 360 (Cild I) ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00