Kiçik sahibkarlıq vergi yükü altında əzilir

Kiçik sahibkarlıq vergi yükü altında əzilir. Azərbaycanda şirkət və sahibkarlar vergiləri ödəyə bilmir. Bu rəsmi məlumatlarda da öz əksini tapır.

2026-cı ilin oktyabrın 1-ə olan vəziyyətə görə, şirkətlərin büdcə qarşısında 4 milyard 248 milyon manat borcu yığılıb.

İlin əvvəlində bu borcların məbləği 3 milyard 308 milyon manat idi. Yəni təkcə bu il şirkət və sahibkarların büdcəyə olan borclarının məbləği təqribən 1 milyard manat, daha dəqiqi 940 milyon manat artıb.

Ən əsas məqam oudr ki, şirkət və sahibkarların büdcəyə olan borcunun 3-də biri əsas borc deyil, onlara hesbalanmış faiz və maliyyə sanksiyalarıdır.

Belə ki, ilin əvvəlindən bəri vergi borcu 738 milyon manat, faizlər isə 202 milyon manat artıb.

Bu kifayət qədər ciddi problemdir. 2027-ci ildə vergi sistemində islahatlar və güzəştlər tətbiq edilməlidir. Xüsusilə də kiçik sahibarların yükünü azaltmaq və onları ayaqda tutmaq lazımdır. Daha uzun yaza bilərdim. Yəqin ki, vəziyyət çoxlarına gün kimi aşkardır.

Razi  Abbasbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00