İndoneziyada şirniyyat fabrikində yanğın: azı 3 nəfər ölüb, 36 nəfər itkin düşüb

(

İndoneziyada şirniyyat fabrikasında yanğın baş verib, hadisə nəticəsində azı üç nəfər ölüb.

Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Daha 36 nəfər itkin düşmüş hesab olunur. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın baş verən zaman binada azı 60 nəfər olub.

Dronlardan çəkilmiş görüntülər fabrikin böyük hissələrinin yanğın nəticəsində məhv olduğunu, dam örtüyünün çökdüyünü və bəzi ərazilərdə hələ də tüstülənmənin davam etdiyini göstərir.

"Fonusa Agung Mulia" şirkətinə məxsus fabrik Cakartadan təxminən 50 kilometr məsafədə yerləşən Çikande rayonunda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00