Dövlət adından danışmaq böyük məsuliyyət tələb edir- ÖZƏL
11:57 Siyasət"Bəzi adamlar gecə-gündüz dövlət adına danışmağı özlərinə vəzifə bilirlər. Sanki dövlətin mövqeyini yalnız onlar bilir və ifadə etmək hüququ da yalnız onlara məxsusdur". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "Halbuki dövlət adından danışmaq böyük məsuliyyət, səlahiyyət və ciddi əsas tələb edir. Şəxsi fikir ilə dövlət mövqeyini bir-birinə qarışdırmaq cəmiyyət üçün yanlış təsəvvür yarada bilər.
Dövlətin mövqeyi şəxsi emosiyalarla deyil, rəsmi qərarlar və səlahiyyətli qurumların açıqlamaları ilə müəyyən olunur. Əsl dövlətçilik çox danışmaqda deyil, dövlətə layiq davranmaqda, faydalı iş görməkdə və qanuna hörmət etməkdədir.. Dövlət adından əsassız danışmaq dövlət institutlarının nüfuzuna kölgə sala bilər. Dövlətə xidmət sözlə deyil, məsuliyyətli mövqe, əməl və nəticə ilə sübut olunur".