Türkiyəni təxribata çəkmək istəyirlər- ÖZƏL

"Türkiyənin İslam həmrəyliyini Azərbaycandan yaxşı anlayan yoxdur. İslam dünyası ancaq bizdən ibarət deyil. Dünyanın bir çox regionlarında müsəlmanlar yaşayır. Nə Türkiyənin, nə də Azərbaycanın elə imkanı yoxdur ki, bütün İslam aləminin təəssübünü çəkib dünyanın hansısa nöqtəsindəki haqları pozulan, öldürülən müsəlmanların köməyinə yetək. Uyğur türklərindən tutmuş soyqırıma məruz qalmış Myanma müsəlmanları, Afrikanın aclıqdan ölən müsəlmanlarına, fələstinlilərdən tutmuş İspan katalonlarına kimi geniş coğrafiyadakı müsəlmanların problemlərinə yardım tək Türkiyə və Azərbaycanın imkanları xaricindədir". "Olaylar" xəbər verir ki,  bunu ƏHD Partiyası İdarə Heyətinin üzvü Azər Qasımov deyib: "Fələstin məsələsi dünya gündəmində son 60 ilə yaxın müddətdə aktiv şəkildə mövcuddur. Son üç ilin hadisələri də göz önündədir. Türkiyənin fələstinlilərin ölümünə aşırı reaksiyasını milyonlarla İrak və Əfqan müsəlmanlarının ABŞ tərəfindən vaxtilə öldürülməsinə göstərmədiyi eyni reaksiya ilə müqayisə etmək istəyirəm. 
Türkiyənin İsrailin fələstinlilərin öldürülməsinə göstərdiyi reaksiyadan nə əldə edib? Heç nə. 
İsrail ona qarşı törədilən terrora qarşı istədiyi kimi cavab verir, hansı ki, bu da onun haqqıdır. 
Türkiyə İsrailin arxasınca danışmaqdan başqa nə edib? Heç nə. Hər şeyə "Türkiyəni təxribata çəkmək istəyirlər", "saxta bayraq operasyonu" adı qoyub özünüzü kənara çəkmək hara, İsrailə, ABŞ-a kin qusmaq hara. İnanınki fələstinlilərə sözlə yardım etməklə onları İran kimi daha böyük bəlalara düçar edirsiniz. Sözün düzünü demək də qardaşın qardaşa borcudur!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31