Azərbaycan və Gürcüstan sərhədin delimitasiyası üzrə növbəti danışıqlara payızda başlayacaq
Azərbaycan və Gürcüstanın dövlət sərhədinin delimitasiya məsələləri ilə bağlı növbəti məsləhətləşmələr payızda Tbilisidə keçiriləcək. Bu barədə diplomatik mənbədən məlumat verilib. Məsləhətləşmələr zamanı dövlət sərhədinin çəkilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi, razılaşdırılmamış məntəqələr üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
25 İyul 2017 15:29 SiyasətAzərbaycan və Gürcüstanın dövlət sərhədinin delimitasiya məsələləri ilə bağlı növbəti məsləhətləşmələr payızda Tbilisidə keçiriləcək. Bu barədə diplomatik mənbədən məlumat verilib. Məsləhətləşmələr zamanı dövlət sərhədinin çəkilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi, razılaşdırılmamış məntəqələr üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə danışıqları bu il bitirmək niyyətindədir. Trend.az