Ukrayna sanatoriyalarının birində kütləvi zəhərlənmə olub

Ukraynanın İvano-Frankovsk vilayətində yerləşən “Syayvo Karpat” sağlamlıq və istirahət kompleksində dincələn 11 əcnəbi, iki Ukrayna vətəndaşı qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Ukraynanın İvano-Frankovsk vilayətində yerləşən "Syayvo Karpat" sağlamlıq və istirahət kompleksində dincələn 11 əcnəbi, iki Ukrayna vətəndaşı qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Epidemioloji Xidmətin İvano-Frankovsk vilayəti üzrə laboratoriyasının müdiri Ruslan Savçuk məlumat verib.

Onun sözlərinə görə, zəhərlənən 13 nəfərdən 7-si uşaqdır. Onlardan beşi Almaniya, altısı Polşa, ikisi isə Ukrayna vətəndaşıdır. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hazırda sanatoriyada araşdırmalar aparılır. Orada 80 nəfərə yaxın insan istirahət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31