Qrossi: MAQATE Zaporojye AES-ə hücumlara görə məsuliyyəti müəyyən edə bilməz-ÖZƏL
17:35 DünyaBeynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) texniki mandatına əsasən Zaporojye Atom Elektrik Stansiyasına (AES) endirilən zərbələrə görə münaqişə tərəflərindən heç birini məsul tuta bilməz.
Olaylar.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, agentlik siyasi qiymətləndirmələr aparmır və yalnız müstəqil şəkildə yoxlaya bildiyi hadisələrə münasibət bildirir. Qrossi qeyd edib ki, MAQATE-nin əsas vəzifəsi texniki hadisələr və hücumlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.
Qeyd edək ki, noyabrın 15-də Rusiyanın Vyanadakı BMT-dəki daimi nümayəndəsi Mixail Ulyanov Qrossini Ukraynanın Zaporojye AES-ə hücumlarını daha sərt şəkildə pisləməməkdə tənqid edib. Rosatom-un rəhbəri Aleksey Lixaçev də agentliyin bu məsələdə mövqeyini daha aydın ifadə etməli olduğunu bildirib.