Ölkədə səmərəli fəaliyyət göstərən aqrar sektor formalaşacaq

2014-cü ildən etibarən dünyanı bürüyən iqtisadi və maliyyə böhranı qeyri-neft sektorunun inkişafını, bu sahəyə daha çox diqqət ayrılmasını zərurətə çevirdi. Qeyri-neft sektorunda əsas istiqamətlərdən bir kənd təsərrüfatı olduğundan bu sahənin inkişafı da hazırda əsas prioritetdir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev də istər paytaxtda, istərsə də regionlarda keçirdiyi görüşlər, müşavirələrdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmasının zəruriliyini vurğulayıb. Bir müddət əvvəl Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Azərbaycan Prezidenti bu məsələyə toxunaraq bunları deyib:” Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir.

Dövlət proqramının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı olacaq

2014-cü ildən etibarən dünyanı bürüyən iqtisadi və maliyyə böhranı qeyri-neft sektorunun inkişafını, bu sahəyə daha çox diqqət ayrılmasını zərurətə çevirdi. Qeyri-neft sektorunda əsas istiqamətlərdən bir kənd təsərrüfatı olduğundan bu sahənin inkişafı da hazırda əsas prioritetdir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev də istər paytaxtda, istərsə də regionlarda keçirdiyi görüşlər, müşavirələrdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmasının zəruriliyini vurğulayıb. Bir müddət əvvəl Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Azərbaycan Prezidenti bu məsələyə toxunaraq bunları deyib:" Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır".

Sevindirici haldır ki, sözügedən iclasda prezidentin qarşıya qoyduğu məqsəd və vəzifələrin icrası uğurla davam etdirilir. Elə bu günlərdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi də bu deyilənlərin sübutudur. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" mühüm sənəddir və bu sənəd ölkədə aqrar sektorunn inkişafına öz müsbət təsirini göstərəcək. Millət vəkili bildirib ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş proqramda mühüm məsələlər əksini tapır: "Sənəddə kənd təsərrüfatı kooperasiyasının mahiyyəti və əsas xüsusiyyətləri, kənd təsərrüfatında kooperasiyanın rolu və üstünlükləri, kooperasiyanın inkişafının şərtləri, eləcə də Dövlət Proqramının məqsədi və vəzifələri öz əksini tapır". Onun sözlərinə görə, Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir: "Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Onların sırasında kooperativlərin fəaliyyəti ilə bağlı maarifləndirmənin və təbliğat-izahat işinin gücləndirilməsini, kooperativlərin dövlət tərəfindən dəstəklənməsini, aqrar

sektorun rəqabət qabiliyyətinin yüksəldilməsini, torpaqdan səmərəli istifadə edilməsini, kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsini, kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsini, kənd təsərrüfatında innovasiyaların tətbiqinə şərait yaradılmasını qeyd etmək olar". Eldar İbrahimov bildirib ki, dövlət proqramında Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur: "Ümumiyyətlə, Dövlət proqramı çox əhatəli bir sənəddir. Əsəs məsələ proqramdakı məsələlərin yerinə yetirilməsidir. Bu da icra strukturlarından asılıdır. Sərəncamda göstərilir ki, proqramın icrası ilə bağlı ildə iki dəfə cənab Prezidentə məruzə olunacaq. İnanırıq ki, dövlətin dəstəyi ilə kənd təsərrüfatı koopersiyası inkişaf etdiriləcək. Bu da gələcəkdə aqrar sahədə kiçik sahibkarlığı inkişaf etdirməyə geniş imkanlar yaratmaqla yanaşı iri təsərrüfatlar arasında rəqabəti gücləndirəcəkdir. Son nəticədə isə ölkəmizdə səmərəli fəaliyyət göstərən aqrar sektor formalaşacaqdır. Proqramda bu məsələ ilə bağlı hansı tədbirlərin hansı müddətdə və hansı dövlət qurumları tərəfindən görüləcəyi dəqiq əksini tapıb. Hesab edirəm ki, dövlət proqramının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31