İrəvan Moskvanın rəhbərlik etdiyi iki təşkilatdan uzaqlaşır

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqdan başqa seçimi yoxdur.

Ermənistan KİV-i xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.

"Hazırda Aİİ-dən çıxmaqdan başqa seçimimiz yoxdur. Lakin proses artıq 2027-2028-ci illərdə Aİ-yə üzvlük prosedurunun başlanması üçün rəsmi müraciət edəcəyimiz mərhələyə yaxınlaşır", - deyə Ermənistan hökumətinin başçısı bildirib.

Paşinyan, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı heç bir marağının qalmadığını bəyan edib.

"Bir daha və qəti şəkildə bəyan etmək istəyirəm: KTMT ilə bağlı maraqlarımız tükənib. Artıq KTMT ilə əlaqəli heç bir marağımız yoxdur", - deyə Paşinyan noyabrın 5-də brifinqdə KTMT-nin baş katibinin bəyanatını şərh etmək xahişinə cavab olaraq bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31