Gündəm
Sarkisyan İrana nəyə gedir? - “Ermənilər İranı alternativ havadar kimi istifadə edə bilər”
“Bildiyiniz kimi Sarkisyan indi məzuniyyətdədir və o, sırf Ruhaninin andiçmə mərasimi üçün məzuniyyətini yarımçıq kəsərək İrana gedəcək. Bu da onu göstərir ki, İranla Ermənistan arasında münasibətlər çox isti və dərindir. Digər tərəfdən də Ermənistan prezidenti bununla bir jest edir. Bəlkə də Rusiyaya bir alternativ kimi İranı göstərir. Çünki ermənilərin İrandan asılı olduğu çox məqam var”, - bu sözləri Publika.az-a “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Sədrəddin Soltan Ser Sarkisyanın avqustun əvvəlində İrana gözlənilən səfərini şərh edərkən deyib.
Sevgilisinin anası ilə intim əlaqədə olub, sonra öldürdü - Məhkəmədə etiraf
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin anasını baltalayaraq öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası keçirilib.
Türkiyədən Ermənistana, oradan Qarabağa yüzlərlə PKK-çı keçib: “Tezliklə videonu yayacağıq...”
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin başqanı Göksül Gülbey Ermənistanın PKK/PEJAK terror təşkilatı ilə işbirliyinə dair yeni sensasion iddia irəli sürüb. Göksel Gülbey Ermənistanın Sevan gölü yaxınlığındakı Vardenis bölgəsində və işğal altındakı Qarabağ torpaqlarında PKK-çılar üçün 12 təlim-yerləşmə düşərgəsi qurduğunu deyib.
Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb
Son 10 il ərzində Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb. 2006-cı ildə Azərbaycanda 929, 2007-ci ildə 972 uşaq övladlığa götürüldüyü halda, 2014-cü ildə belə uşaqların sayı 918-ə, 2015-ci ildə 805-ə, 2016-cı ildə isə 773-yə enib. Övladlığa götürülən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir.
Övladına terrorçunun adını vermək istəyən azərbaycanlı
Övladın dünyaya gəlməsi insan həyatında bəlkə də ən xoşbəxt məqamdır. Bu məqamdan sonra valideynlər əsasən həmin övladın xoşbəxtliyi üçün yaşamağa başlayırlar. Lakin bəziləri, əksinə, anadan olandan uşağın həyatını çətinləşdirəcək addımlar atırlar. Söhbət uşaqlara qoyulan qəribə adlardan gedir.
6370 nəfərin halı pisləşdi - Yaponiyada kəskin istiləşmə
Yaponiyada havaların kəskin istiləşməsi ölümlə nəticələnib. 1 həftə ərzində 6 nəfər istidən dünyasını dəyişib, 6370 nəfər isə xəstəxanalara yerləşdirilib.
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Son günlər Müdafiə Nazirliyinin adından bir çox istifadəçilərin mobil telefonlarına xəbərdaredici mesajlar gəlir. “Qafqazinfo” xəbər verir ki, həmin mesajlarda qeyd olunur ki, telefon danışıqları və sosial şəbəkələrdə müzakirələr zamanı hərbi xidmət məsələləri müzakirə edilməsin.
Rusiya Gürcüstana müdaxilə etməyə hazırlaşır
Xəbər verdiyimiz kimi, Şimali Qafqaz və separatçı Cənubi Osetiya ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 58-ci ümumqoşun ordusunun hərbi hissələrində döyüş hazırlığı üzrə 7 günlük təlimlər keçirilir.
İrəvan Bakıya dəstək verən Putinə “hücuma” hazırlaşır: Sarkisyanın İran səfərinin SİRLƏRİ
Ermənistan prezidenti Serj Sarkisyan yenidən İran prezidenti seçilən Həsən Ruhaninin avqustun 5-də keçiriləcək inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək. Ermənistan mediasının məlumatına görə, Sarkisyan İrana səfəri işgüzar xarakter daşıyır və o, məzuniyyətini yarımçıq kəsərək Tehrana gedəcək.
Şok kadrlar: 18 İŞİD terrorçusu edam olundu - VİDEO
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyadakı bölməsinin 18 mənsubunun edam videosu yayılıb. Edam olunanlar Liviya Milli Ordusunun Benqazi şəhərində əsir aldıqları terrorçulardır. Liviya Milli Ordusunun komandanı Həlifə Həftarın qoşunları Benqazini İŞİD terrorçularından tam azad edib.
Şahin Mustafayev: Ölkə iqtisadiyyatına 5 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Dünya çempionatlarının yeri dəqiqləşdi
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib.Rusiyanın paytaxtı Moskvada baş tutan tədbirdə kişi boksçular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib.
Rusiya səfirliyi: "Azərbaycan məhkəməsinin Lapşinlə bağlı qərarını şərh etmək hüququmuz yoxdur"
Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda mühakimə olunmuş Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşin ekstradisiya ilə bağlı müraciət edərsə, ona lazımi dəstəyi göstərməyə hazırdır.
İspaniyada naməlum şəxs "Allahu Əkbər" qışqırıb polislərə hücum etdi
İspaniya polisi Mərakeşlə İspaniyanın anklavı Meliliyada hüquq-mühafizə keşikçilərinə bıçaqla hücum edən şəxsi saxlayıb. İspaniya daxili işlər naziri Xuan İqnasio Soido məlumatı təsdiqləyib. İnsident Beni Enzar sərhəd məntəqəsində baş verib. Məlumata görə, polislərdən biri yüngül yaralanıb.
Qanunsuz ağac kəsən şəxslər həbs edildi
Son illər ətraf mühit və ekoloji təhlükəsizliyin qorunması ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.














