Şahin Mustafayev: Ölkə iqtisadiyyatına 5 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
25 İyul 2017 14:13 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib. Mazirlikdən "Olaylar"a verilən məlumata görə, iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulamışdır ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti 2017-ci ilin iqtisadi inkişaf ili olduğunu, dünyada təhlükəli meyillərin gücləndiyi bir dövrdə Azərbaycanın uğurla inkişaf etdiyini, sabitliyin möhkəmləndiyini qeyd etmişdir. 2017-ci ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalı 4,4%, kənd təsərrüfatı 2,2%, ümumilikdə ixrac 36%, o cümlədən qeyri-neft ixracı 27% artmış, müsbət saldo 1,9 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövrdə ölkə iqtisadiyyatına 5 mlrd. ABŞ dolları həcmində investisiya yatırılmış, valyuta ehtiyatlarımız artaraq 40,6 milyard ABŞ dolları təşkil etmişdir. Kollegiyanın sədri Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidentinin sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirdiyini, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırmışdır. Belə ki, dövlət başçısı maliyyə və iqtisadi sabitliyin davamlılığının təmin edilməsi, rayonlarda sənaye zonalarının yaradılması, Dövlət İnvestisiya Proqramının tam icra olunması, daha çox sərmayələrin cəlb edilməsi, rayonlara c'lb edilən özəl sərmayələr barədə məlumatların dövlət başçısına təqdim edilməsi, süni qiymət artımına yol verilməməsi, taxılçılıqda məhsuldarlığın artırılması, aşağı məhsuldarlığı olan rayonlar üzrə təhlillərin aparılması, pambıq, kartof, şəkər çuğunduru, soya, çəltik, çay, fındıq istehsalının artırılması, baramaçılığın, tütünçülüyün, zeytunçuluğun, heyvandarlığın inkişafı, süd və ət məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, ixracın coğrafiyasının genişləndirilməsi, Azərbaycan məhsullarının Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılması, ixracı azalan məhsullar üzrə araşdırmaların aparılması və s. tapşırıqlar vermişdir. Kollegiya iclasında dövlət başçısının tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məruzələr dinlənilmişdir.