"Mediatorların ilkin hazırlıq kursu"nu bitirən daha bir qrup mediatorluğa namizədin yekun imtahanı keçirilib-Özəl

25 noyabr 2026-cı il tarixində mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Mediatorların ilkin hazırlıq kursu"nu başa vuran 21 nəfər mediatorluğa namizədin yekun imtahanı keçirilib. Mediasiya Şüasından Olaylar-a bildirilib ki, imtahanda "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılıb. 

Qeyd edək ki, imtahanda Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin baş məsləhətçisi Natavan Nəbiyeva, Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının nümayəndəsi Kəramət Əliyev namizədlərin bilik və bacarıqlarını yoxlayıb.

İmtahanda iştirak edən 21 nəfər mediatorluğa namizəd məqbul qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00